Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dəniz məhsulları sevənlərə xəbərdarlıq: Elə balıq növləri var ki, yeyilən kimi öldürür

CC BY-SA 2.0 / Fish and Potatoes / Christian KadlubaЖареная рыба с картошкой, фото из архива
Жареная рыба с картошкой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dəniz məhsullarından və konserva olunmuş dəniz məhsullarından istifadə qaydalarına riayət etmək lazımdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Son zamanlar Azərbaycanda, xüsusilə paytaxt Bakıda dəniz məhsullarından hazırlanan qidaları təqdim edən restoranların sayı durmadan artır. Həmçinin, dəniz məhsullarının satışı da kifayət qədər çoxalıb. Həmin restoranların, həmçinin balıq satışı ilə məşğul olanların müştəriləri də kifayət qədər çoxdur.

Balıq satışı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ölkədən kənara valyuta axınının qarşısı alına bilər, diqqətçəkən təklif var

Maraqlıdır, balıq sevən müştəriləri dəniz məhsullarından zəhərlənmə riski gözləyə bilərmi? Həkimlər və aidiyyəti qurumlar bu barədə necə düşünür? Zəhərlənmə riskindən uzaq olmaq üçün hansı məsləhətləri verirlər? Sputnik Azərbaycan insanları narahat edən bu kimi suallara mütəxəssislərdən cavab almağa çalışıb.

Həkim Rasif Bağırov əvvəlcə dəniz məhsullarının xeyrindən danışıb. Bildirib ki, dəniz məhsullarının tərkibində insan orqanizmi üçün xeyirli olan minerallar çoxdur. Eyni zamanda zəngin vitaminlər, amin turşuları var.

O, əlavə edib ki, insan həm də dəniz məhsullarından zəhərlənə bilər: "Hətta balıqların elə növü var ki, insan yeyən kimi ölə bilər. Dəniz məhsulları bilmədən və öyrənilmədən yeyilərsə, insan zəhərlənə bilər. Ona görə də ilk növbədə bu qidaları yediyimiz restorana diqqət yetirməliyik".

"Həmin restoranın bu məhsullardan istifadə etmə səriştəsinə nəzər salmalıyıq. Öyrənməliyik ki, orada çalışanların dəniz məhsulları haqqında nə qədər məlumatı var" - Bağırov vurğulayıb.

Həkim Gülnarə Babayeva bildirib ki, indiyədək, balıq istisna olmaqla, dəniz məhsullarından zəhərlənmə faktı ilə qarşılaşmayıb: "Düzgün istifadə edilməyəndə balıqdan zəhərlənmə halları baş verir. Zəhərlənmə riski ilə üzləşməmək üçün böyük marketlərdən keyfiyyətli dəniz məhsulları almaq lazımdır".

"Bazardan üzərində istehsal tarixi olmayan məhsul alanda, təbii ki, zəhərlənmə riski artır. Bir də dəniz məhsullarından və konserv olunmuş dəniz məhsullarından istifadə qaydalarına riayət etmək lazımdır. Konservin üzərindəki istifadə müddətinə mütləq baxılmalıdır. Konserv qabında balığı qızdırıb yemək və uzun müddət ağzı açıq saxlamaq olmaz. Bəzi insanlar buna diqqət ayırmır, nəticədə də zəhərlənirlər" - G.Babayeva qeyd edib.

Avtomobildə gizlədilən balıqlar aşkarlandı - Sputnik Azərbaycan
HADİSƏ
Gömrükçülər qaçaqmal balıq ələ keçiriblər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə sorğumuza cavab olaraq bildirilib ki, hazırda AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: "Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir".

"Balıq məhsulları yüksək risk qrupuna daxil olan məhsul olduğundan onların satışını həyata keçirən müəssisələrdə və restoranlarda mütəmadi olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir. Bu məhsulların satış şəraitinə diqqət yetirilir, idxal zamanı məhsullar müayinələrə cəlb olunur. Uyğunsuzluq aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür" – deyə qurumdan qeyd olunub.

Xəbər lenti
0