04:38 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Qənirə Paşayeva

Millət vəkili əlillərin müavinətinin artırılmasını təklif edib

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
16910

“Birinci qrup əlil kimin ailəsində varsa, əksər hallarda həmin ailədə ikinci şəxs çalışa bilmir”

BAKI, 6 noyabr — Sputnik. “Birinci qrup əlillər demək olar ki, yataq xəstələridir. Birinci qrup əlil kimin ailəsində varsa, əksər hallarda həmin ailədə ikinci şəxs çalışa bilmir. Birinci qrup əlillərin tamamilə başqalarının dəstəyinə ehtiyacı var. Ona görə də birinci qrup əlillərin müavinətlərinin artırılmasına ehtiyac var”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bu gün parlamentdə gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əlil uşaqlara verilən müavinətlərin artırılmasına ehtiyac var.

Millət vəkili əlil gənclərin təhsil ödənişlərindən azad edilməsini də təklif edib. Təhsil kreditlərinə toxunan millət vəkili bunun universitetlər arasında genişləndirilməsinin lazım olduğunu söyləyib: “Təhsil kreditlərinin həcmini də artırmaq lazımdır. Niyə bu və ya digər universitetlərdə təhsil alanlar təhsil kreditlərindən istifadə edə bilməsinlər?”.

Əsas mövzular