03:31 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Лекарства, фото из архива

Avropa səhiyyəsində bir ilk həyata keçirilir

CC0 / frolicsomepl / Drugs
SƏHİYYƏ
Qısa URL
93 0 0

İspaniyada xəstələrə dərmanları tibb bacıları təyin edəcək

BAKI, 28 oktyabr - Sputnik. İspaniyada xəstələrə bəzi dərman preparatlarının tibb bacılarının təyin etməsinə imkan verən dekret qəbul edilib.

AZƏRTAC xəbər verir ki, sənəd artıq bu həftə qüvvəyə minib. Bu hadisə ölkədə qripə qarşı vaksinləmə kampaniyasının başlanması ilə bir vaxta düşüb. Həkimlə razılaşdırmadan pasiyentlərə peyvənd təyin etmək tibb heyətinin yeni səlahiyyətləri sırasındadır. Yalnız sağlamlıq durumuna görə əlavə müayinə tələb olunan hallar istisna təşkil edir.

Dekret oktyabrın 18-də Nazirlər Şurasında razılaşdırılıb. Orta tibb heyəti dərman preparatlarını protokol və təlimatlara tam müvafiq şəkildə təyin edəcək. Sənəd 2015-ci il tarixli əvvəlki normaların sadələşdirililməsinə və tibbi yardım göstərilməsinin daha səmərəli sisteminin yaradılmasına xidmət edir.

Səhiyyə sektorunda hökumətin bu qərarı ilə heç də hamı razı deyil. Bir sıra təşkilatlar, o cümlədən həmkarlar ittifaqları, Rəsmi Tibb Kollegiyaları Baş Şurası və İspaniya Elmi-Tibb Federasiyası bu sənədlə bağlı iddia qaldırmaq imkanını nəzərdən keçirirlər.

Əlaqədar

Aptekə girdi, dərman əvəzinə pul apardı
Ukrayna Azərbaycanda dərman zavodu açacaq - Səfir
Qanunsuz dərman preparatları aşkarlanıb
Ölkəyə külli miqdarda qanunsuz dərman keçirmək istədilər

Əsas mövzular