05:33 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Əmıəliyyat otağında həkim, arxiv şəkli

Hipertoniyanın yeni müalicə üsulunu tapıblar

© Sputnik / Konstantin Chalabov
SƏHİYYƏ
Qısa URL
100 0 0

Qaraciyərdə β-hidroksiyağ turşusuna çevrilən 1,3 butandiol böyrəklərdə hipertoniyanın səbəb olduğu iltihabı azaldır

BAKI, 21 oktyabr — Sputnik. Toledo Universitetinin əməkdaşları müəyyən ediblər ki, tərkibində β-hidroksiyağ turşusu olan vasitələr hipertoniklərin təzyiqini normallaşdıra bilər. Bu, yağ turşularının metabolizmi zamanı qaraciyərdə əmələ gələn karbon hidroksi turşusudur.

AZƏRTAC xəbər verir ki, orqanizmə külli miqdarda duzun daxil olması β-hidroksiyağ turşusunun səviyyəsini azaldır. Amma orqanizmə daxil olan kalorilər azalanda, fiziki fəallıq artanda onun sintezi güclənir. Nəticədə təzyiq normallaşır.

Siçovullar üzərində aparılan eksperiment göstərib ki, qaraciyərdə β-hidroksiyağ turşusuna çevrilən 1,3 butandiol böyrəklərdə hipertoniyanın səbəb olduğu iltihabı azaldır. Mütəxəssislər hipertoniklərdə β-hidroksiyağ turşusunun qıtlığını üzə çıxarmağa, hipertoniyanın müalicəsi üçün nə qədər turşu tələb olunduğunu və bunun digər orqanlar üçün nə dərəcədə təhlükəli olduğunu müəyyənləşdirməyə ümid bəsləyirlər.

Əsas mövzular