Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlar arasında dəhşətli xəstəlik yayılıb, iflicə səbəb olur

© Sputnik / Sergey Krasnoukhov / Mediabanka keçidПрофилактические меры против гриппа в школе Южно-Сахалинска
Профилактические меры против гриппа в школе Южно-Сахалинска - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə olan məlumata görə, xəstəlik ölkənin 22 ştatında 18 yaşına qədər uşaqlarda müşahidə edilir

BAKI, 18 oktyabr — Sputnik. Amerika həkimləri uşaqların sinir sisteminə təsir edən və polimeliti xatırladan kəskin yumşaq mielitin yayılması ilə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 2018-ci ildə 127 fakt qeydə alınıb.

Xəstəliklərin idarəedilməsi və profilaktikası mərkəzinin nümayəndələrinin məlumatına görə, labartor və digər analizlər aparan mütəxəssislərin səylərinə baxmayaraq, bir çox halların səbəbi müəyyən edilməyib.

Xəstəliyin yayılma səviyyəsi 2014-cü ildən müşahidə edilir. Məlumata görə, pik vaxt avqust və sentyabr aylarına təsadüf edir. Proqnozlara görə, xəstəlik yayılmaqda davam edəcək.

Bu günə olan məlumata görə, xəstəlik ölkənin 22 ştatında 18 yaşına qədər uşaqlarda müşahidə edilir. Xəsətlərin orta yaşı 4 –dür.

Xəstəliyin müalicəsi üçün xüsusi preparat və peyvənd yoxdur. Xəstəlik onurğa beyninə təsir edir və ömürlük iflicə səbəb ola bilir. Xəstəliyin mənşəyi naməlum olduğu üçün həkimlər virusları, toksinləri və genetik pozuntuları nəzərdən keçirir.

Xəbər lenti
0