05:32 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Meditasiya edə-edə seks gözləyən qız, arxiv şəkli

İdeal seksin sirri məlum oldu

CC0 / Ataner007 / Yoga
SƏHİYYƏ
Qısa URL
669 0 0

Stressli vəziyyətlər erkən boşalmaya səbəb olur və cinsi əlaqəni pisləşdirir

BAKI, 10 oktyabr — Sputnik. İdeal seksin sirri açıqlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu nə həblər, nə alkoqollu içkilər, nə də külli miqdarda pul deyil.

Ameriakı ginekoloqlar müəyyən edib ki, 12 həftə yoqa ilə məşğul olmaq libidonu yüksəldir və hisslərin parlaqlığını gücləndirir.

Alimlər müəyəyn edib ki, yoqa hazırkı dövrdə ən çox yayılmış keyfiyyətsiz seksin səbəbi olan stressi aradan qaldırır və seksual ayılmanı normallaşdırır.

Məlumata görə, stressli vəziyyətlər erkən boşalmaya səbəb olur və cinsi əlaqəni pisləşdirir.

Buna görə də stressi yoqa vasitəsilə aradan qaldırmaq məsləhət görülür.

Həmçinin qeyd edilib ki, "kobra", "üçbucaqlı poza", "geniş ayaq" yoqa pozaları orqazm yaxşılaşmasını təmin edir və cinsi əlaqənin müddətini uzadır.

Hər bir məşq minimum 3 dəqiq və çox edilməlidir.

Ekpertlərin fikrincə, yoqanın effektini artıran ərzaqlar var. Kişilərə seks müddətinin maksimal davam etməsi üçün kərəviz və banan, qadınlara isə — şokolad, vanil və çuğundur kökü yemək məsləhət görülür.

Əsas mövzular