20:17 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
1379 0 0

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.

BAKI, 22 sentyabr — Sputnik. Türkiyədə ürək çatışmamazlığından 28 yaşlı gənc qız dünyasını dəyişib. Onun dünyasını dəyişməsi ona görə medianın xəbərinə çevrilib ki, o, hər bir insanın gündəlik həyatda dəfələrlə qarşılaşdığı, ilk baxışdan adidən adi görünən hal nəticəsində ölüb.  

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın asqıran zaman dünyasını dəyişib.

Belə ki, gənc qız evdə ailəsi ilə istirahət edən zaman qəfil asqırıb. Bundan sonra Qamze Kalayçının vəziyyəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.

Qalançı subay olub və ürək çatışmazlığından əziyyət çəkdiyi üçün yaxın vaxtlarda əməliyyat ediləcəkmiş.

Bir müddət əvvəl həkimlər müəyyənləşdiriblər ki, insan asqıran zaman onun ürəyi ani olaraq fəaliyyətdən dayanır. İnsanın ürəyi asqırdıqdan sonra yenidən döyünməyə bilər. Biz adətən asqırmağı adi hal kimi qarşılasaq da, tibb elmi bu hadisəyə ciddi yanaşır. Ürək çatışmazlığından əziyyət çəkənlər xüsusilə bu amilə diqqət yetirməlidirlər. Qalayçının başına gələn hadisədən heç kəs sığortalanmayıb.

Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burun toz, allergenlər və selikdən azad olur. Asqıran zaman burunu tutmaq əsla olmaz. Bu, beyin anevrizmasının yırtılmasına səbəb olur ki, o da ölümlə nəticələnə bilir.

Əlaqədar

Ölə bilərsiniz: Asqıran zaman ağzınızı tutmayın
Teqlər:
asqırmaq, ürək, ürək çatışmazlığı, Qamze Kalaycı, Türkiyə

Əsas mövzular