08:56 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyindən həyəcan siqnalı: Təhlükəli bəlaya düçar olanların sayı artır

© Photo: APA
SƏHİYYƏ
Qısa URL
465 0 0

"Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur"

BAKI, 5 sentyabr — Sputnik. Respublika Narkoloji Dispanserindən (RND) verilən statistikaya görə, ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur: "İstifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar".

Nazirlik qeyd edir ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

Əlaqədar

Sərhəddə külli miqdarda narkotik tutuldu
Əməliyyata girdi, narkoz altında təcavüzə uğradı
Mərhum xanəndələrin işində "narkotik" müəmması
Əvvəllər məhkum olunmuş narkotik alverçisi saxlanıldı
Narkoloji Mərkəzdə faciə ilə bağlı yeni xəbər var
Rusiyalı "Vampir" Bakıda: “Məni söyüş, seks, narkotik olmayan nağıl gözləyir”
Teqlər:
düçar, Səhiyyə Nazirliyi, narkotik istifadəçisi, RND, Respublika Narkoloji Dispanseri

Əsas mövzular