04:38 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Keçəl adam, arxiv şəkli

Saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlanıb

CC0 / kaicho20 / Bald
SƏHİYYƏ
Qısa URL
332 0 0

Siçanlar üzərində həyata keçirilən təcrübənin insanlara müsbət təsir edəcəyini demək üçün araşdırmaçılar daha çox tədqiqat aparmağa ehtiyac duyulduğunu qeyd ediblər

BAKI, 26 avqust — Sputnik. Elm adamları siçanlar üzərində apardıqları təcrübələrdə təkmilləşdirdikləri xüsusi kimyəvi maddə vasitəsilə xolestrolun səbəb olduğu saç tökülməsi və ağarmasının qarşısını almağı, o cümlədən baş dərisinin yaralarını sağaltmağı bacarıblar.

“Scientific Reports” dərgisi xəbər verir ki, ABŞ-ın Cons Hopkins Universitetinin alimləri həmin kimyəvi maddə vasitəsilə bədəndə “qlikosifinqolipit” adlanan amin alkollarının istehsalına maneə törədiblər. Amin alkolları baş dərisində yağlanmaya səbəb olmaqla yanaşı, dəri və tük hüceyrələrinə mənfi təsir edir.

Maddənin inyeksiya edildiyi siçanlarda ağ tüklərin əvvəlki rənginə döndüyü, keçəlləşmənin dayandığı və dəri yaralanmalarının yaxşılaşdığı müşahidə edilib.

Siçanlar üzərində həyata keçirilən təcrübənin insanlara müsbət təsir edəcəyini demək üçün araşdırmaçılar daha çox tədqiqat aparmağa ehtiyac duyulduğunu qeyd ediblər. İstənilən nəticə əldə edilərsə, o zaman bu təcrübə keçəlləşmə, saç ağarması və dəri yaralarına qarşı dərman istehsalına yeni töhfə verə bilər.

Əsas mövzular