Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Karbohidratlı və yağlı qidalar insanlar üçün....

Abunə olmaq
Araşdırmada yağlı və karbohidratlı qidaların yemək həvəsinə yol açan anadangəlmə olan siqnallara təsir edərək beynin mükafat bölgəsini aktivləşdirdiyi məlum olub

BAKI, 26 avqust — Sputnik. ABŞ-ın Yel universitetində aparılan araşdırma zamanı 206 nəfərdən qiyməti 10 dollardan ucuz olan 39 menyudan birini seçmək istənilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, iştirakçıların menyu seçimi zamanı beyinlərinə “baxılıb” və burada yağlı və karbohidratlı qidaların seçilməsi zamanı beyində "mükafat" hissəsinin aktivləşdiyi müşahidə edilib.

Araşdırmada yağlı və karbohidratlı qidaların yemək həvəsinə yol açan anadangəlmə siqnallara təsir edərək beynin mükafat bölgəsini aktivləşdirdiyi məlum olub.

Universitetin Müasir Qidalanma və Fizioloji Araşdırma Mərkəzinin direktoru Dana Smallın fikrincə, yağ və karbohidratla zəngin qidalar bədənə təkcə yağlı və ya təkcə karbohidratlı qidalardan daha çox enerji verdiyi üçün daha çox yemək hissi yaradır.

Small araşdırmanın insanların tox ikən belə yemək istəyinin olmasının səbəblərinin müəyyən edilməsində və köklüklə mübarizədə bəzi suallara cavab tapmaqda yardımçı olacağını bildirib.

Xəbər lenti
0