16:41 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Siqaret çəkən adam, arxiv şəkli

Uşaqlarınızı ölümdən qorumaq istəyirsinizsə, bu vərdişinizi tərgidin

© AFP 2018 / FAYEZ NURELDINE
SƏHİYYƏ
Qısa URL
84 0 0

Araşdırmada iştirak edənlər 22 il ərzində siqaret tüstüsünü həftədə 10 saat qəbul etdilər

BAKI, 20 avqust — Sputnik. ABŞ-ın Xərçəng Vəqfi araşdırma aparıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 70 900 insan arasında aparılan araşdırma nəticəsində məlum olub ki, bir evdə çəkilən siqaretin tüstüsü nəinki onu çəkən insana, hətta uşaqların da ağciyərlərinə ciddi təsir edir. Belə ki, uşaqlar böyüyəndə onlarda xərçəng xəstəliyi yarana bilər. Buna görə də həkimlər bildirib ki, uşaqlarınızı ağciyər xərçəngindən qorumaq istəyirsinizsə, siqaret çəkməməlisiz.

Araşdırmada iştirak edənlər 22 il ərzində siqaret tüstüsünü həftədə 10 saat qəbul etdilər. 22 il sonra nəticə belə olub: Siqaret çəkməyib tüstüsünü udanların 27 faizində ürək çatışmamazlığı, 73 faizində iflic olma, 42 faizində isə xroniki ağciyər xəstəliklərinin riski artıb. Mütəxəssis Nik Hopkinson deyibki, tüstü uşaqların orqanizmində daha çox qalır. Məhz buna görə də uşaqları siqaret tüstüsündən uzaq tutmaq lazımdır.

Əsas mövzular