Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər alkoqoldan imtinanın təhlükəsini açıqlayıb

CC0 / StockSnap / WineВино, фото из архива
Вино, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər hələlik alkoqoldan tam imtina ilə demensiya arasında hansı əlaqənin olmasını tam açıqlamayıb

BAKI, 2 avqust — Sputnik. Bir həftə ərzində alkoqoldan imtina və 140 qramdan artıq təmiz spirtin qəbulu ağlın zəifləməsi – demensiya riskini artırır. Sputnik Gürcüstan xəbər verir ki, bu qənaətə Böyük Britaniya və Fransadan olan alimlər gəliblər.

Məlumata əsasən bu qənaətə gəlmək üçün alimlər 35-55 yaşı olan 9087 könüllü arasında müşahidə aparıb.

Müşahidə aparılan şəxslərin səhhəti barədə məlumatlar 1991-ci ildən qeydə alınıb. 23 il davam edən müşahidələr nəticəsində 397 iştirakçıda demensiya aşkarlanıb. Orta hesabla 76 yaşda xəstələrdə bu xəstəlik aşkarlanıb.

Məlum olub ki, 140 qram təmiz spirtdən artıq qəbul edən şəxslərdə demensiya riskinin inkişafı 17% artıb. Lakin alkoqoldan birdəfəlik imtina da bu xəstəliyin yayılması riskini artırır.

Alimlər hələlik alkoqoldan tam imtina ilə demensiya arasında hansı əlaqənin olmasını tam açıqlamayıb. Çünki mütəxəssislər sadəcə bu şəxsləri müşahidə ediblər.

Xəbər lenti
0