Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nə qədər yatmaq düzgündür - ARAŞDIRMA

CC0 / DieterRobbins / SleepYatan qız, arxiv şəkli
Yatan qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı 10 saatdan çox yatan kişilərdə və qadınlarda metobolik sindrom olduğu müəyyən olunub

BAKI, 14 iyun – Sputnik. Gündəlik yuxu müddətini araşdıran  mütəxəssislər maraqlı nəticələr əldə edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki,  gündə 6 saatdan az, 10 saatdan çox yatmaq  qan təzyiqi, yüksələn qan  şəkəri, bel ətrafında  yağlanma, yüksək xolestrol kimi əlamətlərlə özünü  göstərən  “metabolik sindrom” riskini artırır. 

Seul Universitetinin Tibb Fakültəsində aparılan araşdırmada  40-69 yaşlı 133 min 606 qadın və kişi iştirak edib. 

Qan hüceyrələri, plazma nümunələri və s. analizləri götürülən iştirkaçılara “gündə neçə saat yatırsınız?” sualı ünvanlanıb.

Araşdırma kişilərin 11 faizinin, qadınların 13 faizinin 6 saatdan az, kişiıərn 1,5, qadınların 1,7 faizinin 10 saatdan çox yatdığını müəyyən edib. 

Araşdırma zamanı 10 saatdan çox yatan kişilərdə və qadınlarda metobolik sindrom olduğu müəyyən olunub.


Xəbər lenti
0