Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimdən həyəcan təbili: Hər gün bu qidadan yeməniz mütləqdir

Abunə olmaq
Yumurtanın tərkibində A,B və C vitaminləri var

BAKI, 24 aprel — Sputnik. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yumurtanın insan orqanizminə böyük müsbət təsiri var. Belə ki, yumurta göz xəstəliklərinə və ümumiyyətlə görmənin yaxşılaşması üçün çox xeyirlidir.

Araşdırmaçı alim Ahmet Özkağnıcı bildirib ki, uşaqları kiçik yaşlarından yumurta ilə qidalandırmağın onların orqanizminə böyük xeyri olur: "Uşaq qidalarının içində yumurtanın olması mütləqdir. Yumurtanın tərkibində A,B və C vitaminləri var. A vitamini insanın gözünə çox xeyirlidir və o zəif görməni aradan qaldırır".

Mütəxəssis bildirib ki, hər yaşda olan insan gün ərzində azı bir yumurta yeməlidir.

Xəbər lenti
0