Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnsan əti yeməyin ölümcül ziyanları

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidƏt, arxiv şəkli
Ət, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanın əti qırmızı ətə aid edilir və orta hesabla bir insanın vücudundakı ət 80 min kalori ət və yağ dəyərindədir

BAKI, 18 aprel — Sputnik. Bir çox əfsanələrdə insan əti yeyən insanlara rast gəlinir. Türkiyə mətbuatı insan əti yeyən şəxsin orqanizmində nə baş verdiyini araşdırıb.

İnsan əti qırmızı ətə aid edilir və bir insanın əti orta hesabla 80 min kalori ət və yağ dəyərindədir.

Nə vaxtsa adam əti yeyən insanların ifadələrinə görə, insan ətinin dadı donuz əti ilə dana ətinin arasında olan bir dada bənzəyir. Amma insan əti son dərəcə ölümcüldür. Lazımi qədər bişirilməyən insan ətini yeyən zaman insan hepatit, ebola və digər bu kimi viruslara yoluxa bilər.

Eyni zamanda prionlar məhz insan əti ilə insan orqanizminə daxil ola bilər. Prion genetikası dəyişmiş proteindir. O orqanizmdə olan digər proteinləri də zəhərləyə bilir. Bu da bədənin zəhərlənməsinə səbəb ola bilər. Ən qorxulu isə prionların insan orqanizmindən heç vaxt təmizlənməməsidir. Bir sözlə insan əti yesəniz, ölə bilərsiniz.

Xəbər lenti
0