13:29 23 Aprel 2018
Canlı yayım
Restoran mətbəxində ət parçası, arxiv şəkli

Ət yeməyin qadınlar üçün dəhşətli ziyanları

CC0 / BenJTB / Meat
SƏHİYYƏ
Qısa URL
184 0 0

Mütəxəssislər hesab edir ki, vegetarian pəhrizi ilə bu xəstəliyin öhdəsindən 20 faiz gəlmək mümkündür.

BAKI, 3 aprel — Sputnik. Alimlər müəyyən edib ki, qırmızı ətdən istifadə qadınlarda yoğun bağırsaq xərçənginə səbəb olur. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər, eyni zamanda onu da müəyyən ediblər ki, qırmızı ətdən tamamilə imtina etmək də bu xəstəliyin baş verməməsinə zəmanət vermir.

Məlumata görə, Britaniya alimlərinin apardığı araşdırmalarda 32 min britaniyalı iştirak edib. Həmin şəxslər 17 il müşahidə edilib. İştirakçıların özləri araşdırmaçılara öz qida vərdişləri və seçimləri barədə məlumat veriblər.

Araşdırma zamanı 335 qadında yoğun bağırsaq xərçəngi, 119 qadında isə düz bağırsaq xərçəngi müəyyən edilib.

Alimlərin məlumatıan görə, 2030-cu ildə dünyada 20 milyondan artıq yeni kolorektal xərçəng faktı qeydə alınacaq.

Mütəxəssislər hesab edir ki, vegetarian pəhrizi ilə bu xəstəliyin öhdəsindən 20 faiz gəlmək mümkündür.

Əlaqədar

Üç min il əvvəl kəşf edilən möcüzəvi bitkinin faydaları
Toyuq bulyonunun bilmədiyiniz faydaları
Qatığa darçın töküb yesəniz... - Faydaları
Səhər ac qarına kartof suyu içməyin faydaları

Əsas mövzular