08:03 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848
Операция на открытом сердце, фото из архива

Bu dövlət başçısı on beşinci dəfə əməliyyata girəcək

© Sputnik / Aleksandr Kondratyuk
SƏHİYYƏ
Qısa URL
21 0 0

Əməliyyata səbəb 2011-ci ildə ayağına taxılmış protezin onu yenidən incitməsi və ərbəst hərəkətində ciddi çətinlik yaratmasıdır

BAKI, 15 mart — Sputnik. İspaniyanın hazırkı kralı IV Felipenin atası Kral Xuan Karlos de Burbon növbəti, 15-ci dəfə əməliyyat masasına çıxacaq. Bu dəfə 80 yaşlı kralın sağ dizindəki protez dəyişdiriləcək.

Əməliyyata səbəb 2011-ci ildə ayağına taxılmış protezin onu yenidən incitməsi və ərbəst hərəkətində ciddi çətinlik yaratmasıdır.

Kralın sağ dizi 1991-ci ildə qarda xizək sürərkən aldığı travmadan zədələnib və bu səbəbdən bir neçə dəfə əməliyyat olunub. Ümumilikdə, kral bel və ayaqlarından 13 dəfə əməliyyat olunub. İlk cərrah bıçağı ilə isə körpə yaşlarında appendisitdən əməliyyat zamanı tanış olub.

Əsas mövzular