Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Məhkumlar özlərini qorxunc xəstəliyə yoluxdururlar ki, pul alsınlar"

© pixabay / WikiImagesПроведение подкожной туберкулиновой пробы, фото из архива
Проведение подкожной туберкулиновой пробы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: "Vərəm xəstələrinə qısamüddətli yardımların edilməsi nəzərdə tutulmayıb"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Azərbaycanda bir çox xəstəliklərdən, o cümlədən vərəmdən əziyyət çəkən insanlar var. Yoluxucu xəstəlik olan vərəmin müalicəsi ağırdır və uzun müddət tələb edir. Həmçinin vərəmə yoluxan insanların işləmə qabiliyyətləri də azalır, bəzən tamamilə itir.

Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan
SƏHİYYƏ
Vətəndaşlara qısamüddətli yardımlar edilə bilər

Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" mövzusunda dinləmədə təklif edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısamüddətli yardımların verilməsi məsələsinə baxa bilər.

Deputat bildirib ki, vərəm xəstələrinə həyat şəraitlərini yaxşılaşdırmaq üçün, heç olmazsa, kurs müddətində yardım verilməlidir: "Bununla da çox ailələrə kömək etmiş olarlar".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məsələ hazırda gündəmdə deyil: "Çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursu müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qısamüddətli yardımların edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb".

Sosio-psixoloq Cavid Şahmalıyev isə Sputnik Azərbaycan-a deyib ki, ilk olaraq vərəm xəstəliyinin qarşısının alınması üçün bir sıra tədbirlər görülməlidir: "Yoxsulluq dərəcəsi yuxarı olan ölkələrdə vərəm xəstəliyinə tutulanların sayı çoxalır. Pis şərait, natəmizlik vərəmə tutulma riskini artırır".

"Biz vərəmin Azərbaycanda artmasının qarşısını almaq üçün işlər görməliyik. Belə xəstələrin sayını azaltmalıyıq. Vərəmin yayılmaması üçün münbit şəraiti olan yerləri abadlaşdırmalıyıq. Eyni zamanda, vərəm xəstəliyinə gətirib çıxaran digər amilləri də yox etmək lazımdır. Məsələn, narkoloji asılılığın və digər xəstəliklərin nəticəsi olaraq da vərəm xəstəliyi yarana bilir", — mütəxəssis vurğulayıb.

C.Şahmalıyevin sözlərinə görə, belə risk faktorlarının azalmasına cəhdlər edilməlidir: "Daha sonra müdaxilə lazım olarsa, vərəmdən əziyyət çəkən ağır xəstələrə dəstək xarakterli layihə çərçivəsində köməklik məqsədi ilə yardım etmək olar. Bu zaman öyrənmək olar ki, edilən bu layihə müsbətə doğrudur, yoxsa yox. Bu, layihə şəklində həyata keçirilməlidir, qısamüddətli olmalıdır və izlənməlidir. Birmənalı olaraq bu, yardıma çevrilməməlidir".

Xəstəxana palatasında yatan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Vərəmə tutulmamaq üçün 5 sadə qayda

"Dünya təcrübəsində belə bir praktika mövcuddur. Bəzi ölkələrdəki həbsxanalarda məhkumlar bilərəkdən özlərini QİÇS xəstəliyinə yoluxdururlar, çünki hər bir QİÇS-li məhkuma aylıq maddi yardım göstərirlər. Ona görə də insanlar bilərəkdən bu xəstəliyə özlərini yoluxdururlar. Belə yardım edilməsi bizdə də tətbiq edilsə, bəzi insanlar eyni üsula əl ata bilər. Bu da qorxunc nəticəyə gətirib çıxara bilər", — deyə sosioloq əlavə edib.

Ekspert məsələ ilə bağlı başqa təklif edib: "Məsələnin həssaslılığını nəzərə alaraq bu yardımı öncə layihə kimi etmək olar. Amma daimi etmək dünyadakı praktikanın Azərbaycanda da tətbiq edilməsi ilə nəticələnə bilər. Sadəcə insanlar çalışmalıdır ki, belə xəstəliklərə tutulmasınlar. Qurumlar isə belə xəstəlikdən insanları qorumağa çalışmalıdır".

Xəbər lenti
0