Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çoxları ondan qorxur, amma o şəfa verir

© pixabay / 4924546Qurbağa
Qurbağa - Sputnik Azərbaycan
Abunə olmaq
Sahib Əliyev "zob" xəstəliyindən əziyyət çəkən insanları 3 gün ərzində çay qurbağası ilə müalicə etdiyini bildirib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Ölkədə "zob" xəstəliyindən əziyyət çəkən saysız insan var. El arasında "zob" adı ilə yayılmış bu xəstəlik boğaz nahiyəsində qalxanvari vəzinin (daxildən və xaricdən) böyüməsidir. Mütəxəssislər xəstəliyin yaranmasında orqanizmdə, əsasən, yod çatışmazlığının səbəb olduğunu deyirlər. Tibdə qalxanvari vəzinin böyüməsinə "boğaz uru" deyirlər.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Gülnaz (ad şərtidir) xanım illərdir "zob" xəstəliyindən əziyyət çəkirmiş. Həkimlər ona dəfələrlə dərmanla müalicəni məsləhət görsə də, onun problemi tam həll edilməyib. Sonuncu dəfə həkim ultrasəs müayinəsi etdikdən sonra boğazdakı urun zəhərli "zob" olduğunu aşkarlayıb.

© Photo : APAGöyçaylı həkim zobu qurbağa ilə müalicə edir
Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir - Sputnik Azərbaycan
Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir

Gülnaz xanım sonrakı vəziyyəti haqqında bunları danışıb: "Ailəmizdə çox adamın qalxanvari vəzi problemi var. Həkimlər deyir ki, bu, irsi xüsusiyyət daşıyır. Hətta bacım da "zob"dan qurtulmaq üçün əməliyyat keçirib. Mən isə əməliyyatdan qorxurdum. Bir gün tanışlarımdan biri dedi ki, boğaza qurbağa qoymaqla bu dərddən qurtulmaq olar".

Həmsöhbətimiz deyib ki, sonradan bununla bağlı araşdırma aparıblar və öyrəniblər ki, Göyçay rayonunda bir həkim var və o, "zob"u qurbağa ilə müalicə edir: "Əvvəlcə təəccübləndim, inanmadım. Sonra öyrəndim ki, bu üsul qədim Çin təbabətindən götürülüb. Bu üsulla sağalanlar da olub. Ürəkli davranıb yenidən araşdırma apardım. Məlum oldu ki, həqiqətən də bu şəxsin xəstələri çox olub və insanları müalicə edir. Həmin şəxslə əlaqə saxladıq. Məlum oldu ki, uzun illərdir insanları Çin təbabətinin bu maraqlı üsulu ilə müalicə edən Sahib Əliyev qeyri-adi bacarığı ilə hamını heyrətləndirir".

Sahib Əliyev "zob" xəstəliyindən əziyyət çəkən insanları 3 gün ərzində çay qurbağası ilə müalicə etdiyini bildirib. Onun sözlərinə görə, xəstə əvvəlcə ultrasəs müayinəsindən keçirilir. "Zob" xəstəliyi barədə dəqiq diaqnoz əldə edildikdən sonra müalicə tətbiq edilir. Həkim qurbağanı hər gün bir saat 30 dəqiqə ərzində xəstənin boğazına yapışdırmaqla "zob"un zəhərini çəkir.

© Photo : APAGöyçaylı həkim zobu qurbağa ilə müalicə edir
Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir  - Sputnik Azərbaycan
Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir

Bugünədək Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən olan 500-ə yaxın xəstəni müalicə edərək sağlam həyata qaytardığını deyən Sahib Əliyev qurbağadan qorxan xəstələri müalicəyə götürmədiyini vurğulayıb.

Qeyri-adi üsulla insanları müalicə edən S.Əliyev Sputnik Azərbaycan-a açıqlamasında xəstələri müalicə edən zaman özünü pis hiss etdiyini də əlavə edib: "Əlimlə qurbağanı xəstənin boğazına yapışdırıram və bir müddətdən sonra, qurbağa "zob"un zəhərini çəkərkən xəstə ilə yanaşı mən də özümü narahat hiss edirəm".

"Zob"un bu yolla müalicə metodunu dəfələrlə övladıma və tibb bacısına öyrətmək istəmişəm, lakin cəhdim uğursuz alınıb. Bu çox çətin proses olsa da, həmişə müalicəmi uğurla başa çatdırmışam və indiyədək heç bir xəstəm apardığım müalicədən narazı qalmayıb", — deyə S.Əliyev bildirib.

© Photo : APAGöyçaylı həkim zobu qurbağa ilə müalicə edir
Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir - Sputnik Azərbaycan
Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir

Daxili və xarici, dişi və erkək, zəhərli və zəhərsiz "zob"u müalicə etdiyini deyən müsahibimiz qeyd edib ki, "zob"la əlaqədar ona müraciət edən insanlar əsəbilik, ümumi halsızlıq, iştahasızlıq, əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, istiyə və soyuğa dözümsüzlük, qabarması, ishal, saçlarda quruma və tökülmə kimi problemlər 3 gün ərzində aradan qalxır: "Üç gün müalicə olunduqdan sonra bu halların onlarda artıq baş vermədiyini bildirirlər. Müalicənin sonunda xəstələr təkrar ultrasəs müayinəsindən keçməklə müalicənin müsbət nəticə verməsinin şahidi olurlar".

Xəbər lenti
0