Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ekspertlər: Vegetarianlıq insanları məhvə aparan təhlükədir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidStəkanda süd
Stəkanda süd - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Yeni tədqiqatlara görə, süd məhsullarından imtina etmək intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. Heç kimə sirr deyil ki, getdikcə ağartı məmulatlarından imtina edənlərin, vegetarian qidalanma üsulunu tərcih edənlərin sayı getdikcə artır. Belə olan halda da ortaya ciddi bir problem çıxır. Və mütəxəssislər də haqlı olaraq bu vəziyyətdən, xüsusilə də vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatdırlar.

Bundan narahat olan mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı belə anada yod çatışmazlığı bətnində daşıdığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Diyetoloq Helen Bond bildirir ki, getdikcə gənclərin çoxu bitki pəhrizini seçir. Bəziləri ekologiyanı, bəziləri isə tibbin əks-göstəricilərini düşünərək süd məhsullarından imtina edirlər. Bu da doğru hal deyil. 

Vegeterian pəhrizi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Vegetarian pəhrizi intellektuallığa zərərlidir

Sputnik Azərbaycan bir neçə mütəxəssislə bu məsələyə bir qədər ətraflı aydınlıq gətirməyə, vegetarian olmağın insan orqanizmi üçün daha hansı təhlükələr yaratdığını araşdırmağa çalışıb.

Sualımıza endokrinoloq Fərhad Burzu belə aydınlıq gətirib: "Bizim yod mənbəyimiz heyvan mənşəli yox, bitki mənşəli qidalardır. Xurma, gül kələm, qırmızı kələm və digər bitkilər orqanizmimizin yod mənbəyidir. Bədənin qəbul etdiyi bütün zülal maddələri, məsələn: dəmir, bəzi amin turşular, vardır ki, onları heyvan mənşəli qidalardan alırıq. Uzun müddət vegetarian həyatı sürən insanlarda mineral, dəmir çatışmazlığı müşahidə olunur. Ona görə də vegetarian həyat tərzi sürmək çox da məsləhətli deyil".

"Uzun illər öncə yod çatışmazlığı həmin regionun iqlim və təbii xüsusiyyətlərinə, bitən qidaların tərkibinə görə də olurdu. Hazırda, yəni müasir dövrdə istənilən mövsümdə bir çox məhsulun tapılması mümkün olduğu üçün bu, qaydanı pozur. Bir sözlə, sağlam qidalanmaq, ət və süd məhsullarından da istifadə etmək lazımdır" – deyə həkim əlavə edib.

Sputnik Azərbaycan-a danışan həkim Rasif Bağırov da insan orqanizminin qidalanmadan çox asılı olduğunu deyir: "İnsan yaranandan müxtəlif qidaların qəbul edilməsi məqbul sayılır. İnsan nə qədər çox müxtəlif qida qəbul edirsə, orqanizm bir o qədər sağlam olur. Bir tipli qidaların qəbul olunması tibdə yaxşı hal kimi qəbul edilmir". 

Sosislər - Sputnik Azərbaycan
SOS! Bu qidalar sağlamlığınız üçün ziyanlıdır

R.Bağırov fikrini belə əsaslandırır: "Tibdə belə bir deyim var: "Aclıq və natamam aclıq". Aclıq odur ki, insan heç nə qəbul etmir və ac qalır. Natamam aclıq isə, insan eyni şeydən uzun müddət qəbul edir. Məsələn, hər gün kabab yemək natamam aclıqdır. Çünki insan orqanizmi üçün lazım olan hər şeylə yox, məhz ətlə qidalanır. Bu da olduqca zərərlidir, eyni tipli qidalar yemək olmaz".

Mütəxəssis vurğulayır ki, zülalsız orqanizm həm fiziki, həm də əqli cəhətdən sağlam olmaz: "Vegetarian olan insanların orqanizmi ət-süd məhsulları qəbul edən insanlara nisbətən zəif olur. İmmunitetləri zəif olan vegetarianlar daha tez xəstəliyə tutula bilir. Eyni zamanda belə insanlar ağır fiziki işlə məşğul ola bilmir. Təbii ki, intellekt əmsalının (IQ) da geri qalması normal haldır. Bitkinin tərkibində zülallar və vitaminlər var. İnsan orqanizmini mineral və vitaminlərlə saxlamaq olmaz".

Xəbər lenti
0