14:31 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
İstefa ərizəsi

Azərbaycanda gözlənilməz istefa

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
234311

Hələlik onun yerinə təyinat olmayıb

BAKI, 15 fevral — Sputnik. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən ayrılıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova

L.Seyidbəyova APA-ya açıqlamasında faktı təsdiq edib. 

Qeyd edək ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova isə "Report"a açıqlamasında bildirib ki, L.Seyidbəyliyə yeni vəzifə verilib: "Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub".

S.Əhmədova onu da qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.

 

Əlaqədar

Vəzifəli şəxslərə xəbərdarlıq edildi
Əli Əhmədov vəzifəsindən məzuniyyətə ayrıldı
İş axtaranların nəzərinə: Dövlət qurumlarında vakant vəzifələr var
Rəhbər vəzifələrə adam axtarılır
Rəis heyəti vəzifəsinə işçi axtarılır
Teqlər:
Leyla Seyidbəyova, baş direktor, Mərkəzi Neftçilər Xəstəxanası, vəzifə

Əsas mövzular