04:09 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Yeni doğulmuş uşaq

Vətəndaşların qorxusu əsassız çıxdı

CC BY 2.0 / Bridget Coila / Holding Hands With a Newborn Baby
SƏHİYYƏ
Qısa URL
30710

Liya Bayramova: "Klinikaların doğum şöbələrində xüsusi sanitar-gigiyena normaları var"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Özəl klinikalarda xidmət səviyyəsi yüksək olsa da, son zamanlar bəzi narazılıqlar meydana çıxıb. Belə ki, bəzi analar özəl tibb mərkəzlərində doğuşdan sonra uşaqlara klinikaya məxsus geyimlərin geyindirilməsindən narazıdırlar.

Bununla bağlı sosial şəbəkədə müəyyən müzakirələr gedir. Səbəblər isə müxtəlifdir. Məsələn, analar həmin geyimlərin köhnə göründüyünü, həmçinin dəfələrlə istifadə edildiyini əsas gətirirlər, körpələrinin dərisinə hansısa infeksiyanın düşə biləcəyindən ehtiyat edirlər.

Təbii, klinikaların qaydalarına əsasən, həmin körpə geyimlərinin gigiyenik cəhətdən təmizliyi nəzərə alınır və hər istifadədən sonra geyimlər sterilizə olunur. Ancaq bəzi analar, ana olmağa hazırlaşan qadınlar, nədənsə buna inamsız yanaşırlar. Və elə bu səbəbdən də xəstəxana tərəfindən verilən geyimlər məsələsində çox narahatdırlar.

Sputnik Azərbaycan yeni ana olan və ana olmağa hazırlaşan qadınların bu narahatçılığının əsaslı olub-olmadığını araşdırıb. Dermatoloq Mahir Məmmədli analara doğum evlərində körpələrə geyindirilən geyimlərin nimdaş görünməsindən narahat olmamağı məsləhət görüb: "Doğum evlərində paltarlarının görünüşcə köhnə olması o demək deyil ki, geyimlər təmiz deyil".

"Ümumiyyətlə, uşaq geyimləri kətan parçadan tikilir. Kətandan olan uşaq paltarları xüsusi qaydada sterilizə olunur. Elə olur ki, bir paltar həftədə 3-4 dəfə sterilizə edilir. Ona görə də geyimlərin rəngləri gedir və nimdaş kimi görünür. Valideynlərin buna görə narahat olması əsassızdır" — mütəxəssis bildirib.

Dermatoloq indiyə qədər doğum evlərinin geyimlərindən körpə dərisində hər hansı problem yarandığı faktı ilə qarşılaşmadığını qeyd edib: "Bu günə kimi heç kim bu səbəblə mənə müraciət etməyib. Bir neçə belə xəstə müraciət edərsə, o zaman məsələ ciddiləşə bilər".

Doğuş şöbəsi
© Sputnik / Кирилл Брага

Pediatr Xəyalə Quliyeva da bu məsələdə anaların narahatlığına heç bir əsas olmadığını deyib: "Buna görə narahat olmağa dəyməz. Çünki, klinikalar buna ciddi nəzarət edir. Hər bir klinika uşaqlar üçün nəzərdə tutduğu geyimi sterilizə etdikdən sonra başqa körpələrə geyindirir. Bir pediatr kimi, bunun qorxulu olmadığını deyə bilərəm".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə vurğulayıb ki, bütün tibb müəssisələrində, o cümlədən doğum evlərində, klinikaların doğum şöbələrində xüsusi sanitar-gigiyena normaları var: "Hər bir klinika bu normalara riayət edərək işləməlidir. Həmçinin respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən həmin normalara hansı səviyyədə riayət olunduğu mütəmadi yoxlanılır".

Əlaqədar

Bakıdakı klinikanın həkimlərindən balacalara xeyirxah Yeni il sürprizi
Bakıda yerləşən klinikada cinayət baş verib
Süni mayalanma klinikasında sperma qalmaqalı
Azərbaycanda da cinçıxarma klinikasının açılması təklif olunur
Klinika işçisinin "Oksigen"ini kəsir
Teqlər:
Xəyalə Quliyeva, pediatr, köhnə, özəl klinika, dermatoloq, Mahir Məmmədli, geyim, Liya Bayramova, Səhiyyə Nazirliyi, ana, uşaq

Əsas mövzular