Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda özü-özünü əməliyyat edən cərrah: "Kompleksdən əziyyət çəkirdim"

© Photo : Instagram / dr_mubariz_mCərrah Mübariz Məmmədli əməliyyatdan sonra
Cərrah Mübariz Məmmədli əməliyyatdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Plastik cərrah uzun illərdir kompleksi olan fiziki qüsurdan xilas olub

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda plastik cərrah özünü əməliyyat edən həmkarı Leonid İvanoviç Roqozovun əməlini təkrarlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, plastik-estetik cərrah Mübariz Məmmədli yanvarın 20-də özünü əməliyyat edib. Cərrah əməliyyatın videosunu özünün "Instagram" səhifəsində paylaşıb.

"Mən uzun illərdir ginokomastiya ilə bağlı kompleksdən əziyyət çəkirdim. Bu, kişilərdə piylənmənin əlaməti olaraq süd vəzinin böyüməsidir. Bu əməliyyatı həyata keçirmək üçün mən birgə işlədiyim assistentimi də çağırdım. Mən onu öyrədirəm. O, artıq müstəqil şəkildə bu əməliyyatı edir. Əslində, məni o, əməliyyat etməli idi" — deyə cərrah Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Assistenti cərraha yerli anesteziya edəndən sonra Məmmədli ona əlcək geyindirməyi xahiş edib və qərara alıb ki, əməliyyatı özü etsin. Bu vaxta qədər Məmmədli onu əməliyyat edəcək cərrahın işinə qarışmaq istəyib, amma son məqamda fikrini dəyişib.

"Mən sadəcə bunu etdim və əməliyyat bomba effekti verdi" — Məmmədli bildirib.

Hazırda cərrahiyyə əməliyyatından iki gün keçib və onun vəziyyəti kifayət qədər yaxşıdır. Plastik cərrah özünün Bakıdakı özəl tibb klinikalarından birindəki iş yerinə gəlib və hətta pasientlərini özü əməliyyat edib.

M.Məmmədli onu da qeyd edib ki, hər bir cərrahiyyə əməliyyatında ağırlaşma ola bilər və o, bunu özü üçün də istisna etmir. Lakin o, özünü əməliyyat etməklə xəstələrinə göstərmək istəyib ki, öz bədənini plastik cərrahiyyənin köməyi ilə dəyişməkdən qorxmaq lazım deyil.

31 yaşlı plastik-estetik cərrahın təcrübəsinə gəlincə, o, cəmi 7 ildir ki, tibb sahəsində çalışır. Onun 6 ilini Almaniyadakı klinikada ixtisaslaşma keçib və bir il əvvəl Azərbaycana qayıdıb.

Məmmədli bu günə qədər respublikada 2 minə qədər əməliyyat edib. O, əsasən, bariatrik və üz cərrahiyyəsi üzrə ixtisaslaşıb, bədən konturlarının uyğunlaşdırılması ilə məşğuldur.

Xəbər lenti
0