Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda cinsini dəyişmək üçün müraciət edənlər var - PSM

CC0 / valelopardo / doctorДоктор, фото из архива
Доктор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlara nə dərman, nə əməliyyat, nə psixoterapiya, nə də fizioterapiya kömək etməyə qadirdir"

BAKI, 16 yanvar — Sputnik. 2017-ci il ərzində cərrahiyyə əməliyyatı yolu ilə cinsini dəyişmək qərarına gələn iki nəfər, əqli vəziyyətləri ilə bağlı arayış almaq üçün Psixi Sağlamlıq Mərkəzinə (PSM) müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyi yanında PSM-in direktoru Fuad İsmayılov məlumat verib.

Мужчина в темноте, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Şamplena qasırğası" nələri üzə çıxardı?

O qeyd edib ki, ötən il Mərkəzə qeyri-ənənəvi seksual oriyentasiyası olan 6 nəfər psixiatrik yardım üçün müraciət edib. Pasientlər öz oriyentasiyaları ilə bağlı şikayət etməyiblər. Amma onların problemləri məhz oriyentasiyalarından qaynaqlanıb.

"Misal üçün, gələcəkləri ilə bağlı nigarançılıq, valideynlərlə münasibətlərdə gərginlik, cəmiyyət tərəfindən başa düşülməmək və sair. Lakin onları müalicə etmək mümkün deyil. 1992-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı homoseksualizmi ruhi xəstəliklər siyahısından çıxarıb. Buna görə də, bu gün qeyri-ənənəvi cinsi oriyentasiya xəstəlik hesab olunmur" — F.İsmayılov bildirib.

"Zəruri tədbirlər də kömək eləmir. Əgər insan öz seksual oriyentasiyasından razıdırsa, bu, onu tamamilə qane edirsə və bu səbəbdən hər hansı cinayət törətməyibsə, onu zorla müalicə etmək olar? Vaxtilə faşist Almaniyasında daha radikal üsullar tapmışdılar. Onlar belələrini sadəcə güllələyirdilər" — deyə həkim əlavə edib.

İsmayılov qeyd edib ki, hazırda homoseksualizmin müalicəsi üçün heç bir tibbi üsul mövcud deyil: "Onlara nə dərman, nə əməliyyat, nə psixoterapiya, nə də fizioterapiya kömək etməyə qadirdir".

Həkimlərin hesablamalarına görə, dünyadakı bütün populyasiyalardan olan insanlar arasında qeyri-ənənəvi cinsi oriyentasiyası olanlar təqribən 5% təşkil edir. Onların arasında kişi və qadın nisbəti fərqlənir. Kişilər arasında homoseksuallıq 3,5%, qadınlar arasında isə 6,5%-dir.

Uzun illərin təcrübəsinə istinad edən mütəxəssisin sözlərinə görə, ən böyük problemlər adətən qeyri-ənənəvi oriyentasiyaya malik uşaqları olan ailələrdə yaşanır: "Onlarda psixi pozğunluqlar əmələ gəlir. Məsələn, yaşıdları tərəfindən qəbul edilməmələri ucbatından yaranan depressiya. Yaxud, valideynlərlə baş verən hansısa münaqişələr".

"Burada yalnız bir məsələ var — sadəcə bunun müalicəsinin olmadığı faktını qəbul etmək. Bir insan öz cinsinin onu cəzb etdiyini hiss edir. Bu cazibəni yenidən proqramlaşdırmaq mümkün deyil" — deyə psixiatr vurğulayıb.

Xəbər lenti
0