20:11 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Операция на открытом сердце, фото из архива

Anesteziyanın fəsadları xeyrindən çox imiş

© Sputnik / Aleksandr Kondratyuk
SƏHİYYƏ
Qısa URL
23 0 0

Tədqiqatçı Bruno van Svinderen qeyd edir ki, anesteziyada istifadə olunan propofol bütün beyin üzrə neyronların əlaqəsini pozur

BAKI, 13 yanvar — Sputnik. Avstraliyanın Kvinslend Universitetinin alimləri anesteziyanın insan beyninə təsirini araşdırmaq qərarına gəliblər. Tədqiqatlar zamanı müəyyən edilib ki, anesteziya preparatları təkcə insanı keyitmir, hüceyrələr arasında əlaqələri də pozur.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, son onilliklər ərzində aparılan tədqiqatlar nəticəsində anesteziya vasitələrinin beyinin ayrı-ayrı hissələrinin qarşılıqlı fəaliyyətini pozduğu güman olunur. O da ehtimal edilir ki, anesteziya zamanı yaddaşın itirilməsi və koqnitiv hallar baş verə bilər.

Tədqiqatçı Bruno van Svinderen qeyd edir ki, anesteziyada istifadə olunan propofol bütün beyin üzrə neyronların əlaqəsini pozur. Daha çox ümumi narkoz üçün istifadə olunan bu preparatın təcrübə aparılan siçovullarda sınağı da onların neyron hüceyrələrindəki dəyişiklikləri göstərib. Yüksək təsirli sakitləşdirici preparat olan propofol beyindəki əsas zülalı (sintaksin 1A) məhdudlaşdırır və neyronların əlaqəsini zəiflədir.

Tədqiqatçılar hesab edirlər ki, məhz propofol sayəsində cərrahiyyə əməliyyatlarını həyata keçirmək mümkün olur: əvvəlcə insan adi yuxu dərmanı qəbul etmiş kimi yatır, sonra beyinin daxilində hüceyrələrin əlaqəsi kəsilir.

Əsas mövzular