06:35 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Əsnəyən qız, arxiv şəkli

Əsnəmək xəstəlik əlaməti ola bilər

CC BY 2.0 / Lee / Yawn
SƏHİYYƏ
Qısa URL
318 0 0

Əsnək də gülmək kimi keçicidir

BAKI, 10 yanvar — Sputnik. Əsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir.

Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.

Epilepsiya, ensefalit, serebrovaskulyar çatışmazlıqda, serebral ateroskleroz, beynin arxa çuxurundakı şişlər zamanı baş verən əsnək patoloji əsnəklərə aid edilir. 

Əsnək daha çox oksigen almaq və bədəndə olan karbon qazını boşaltmaq istəyindən baş verir. Qanın tərkibində karbon qazı artanda beyinə və ağ ciyər əzələlərinə müəyyən siqnallar göndərilir və bunun nəticəsində dərin əsnək əmələ gəlir.

Əsnək də gülmək kimi keçicidir. Qarşıdakı insan əsnəyəndə o biri də bundan təsirlənməyə başlayır. Finlandiyada beyin üzərində aparılan araşdırmalar təsdiq edib ki, əsnəmənin yoluxuculuğu əksər hallarda qeyri-iradidir. Beyin bunu bilərəkdən, başqasını yamsılamaq və təqlid etmək üçün etmir. Beyin adətən yamsılamanı, təqlidi "güzgü-neyron" sistemi ilə həyata keçirir. Həmin "güzgü-neyronlar" bilərəkdən kiminsə hərəkətini təqlid edəndə işə düşür, lakin həmin neyronlar əsnəmənin yamsılanmasında heç bir rol oynamır.

Əsnək beyində hipotalamus vasitəsilə idarə olunur və həmin mərkəz ümumilikdə lamisə orqanlarını idarə edir, həmçinin duyğularla da əlaqədardır. Ürək sıxılanda, yəni hansısa problem olanda və yaxud durğun vəziyyət zamanı hipotalamus mərkəzinə siqnallar gedir və əsnəmə başlayır. Əsnək heyvanlarda və quşlarda da mövcuddur. Alimlərin fikrincə, insan beyni kompüter kimi işləyir: məsələn, o qızanda pis işləməyə başlayır və bu zaman əsnək yaranması böyük miqdarda qanın və daha sərin havanın gəlişini təmin edir, bunun nəticəsində beynin fəaliyyəti yaxşılaşır".

Əlaqədar

Ölkəmizdə 131 cütlükdə ağır xəstəlik aşkarlanıb
Xanvəli: “Azərbaycanda quş qripi xəstəliyi aşkar olunmayıb”
"Eurovision"un qalibi ağır xəstəlikdən vəfat etdi
Onlarda elə xəstəliklər aşkarlandı ki...
Qeybulla: “Stresli həyat tərzi xəstəliklərin yayılmasını sürətləndirir”
Dostun ölümündən sonra tapılan dərman, xilas edilən uşaq, dünyanı ağuşuna alan xəstəlik

Əsas mövzular