Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyindən xoş xəbər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXəstəxana. Arxiv şəkli
Xəstəxana. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəm əleyhinə dərmanlarla təmin olunur"

BAKI, 8 yanvar — Sputnik. "Bütün ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sistemi tətbiq olunur və xəstələrin qeydiyyatı dünya standartlarına uyğun aparılır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İstitutunun direktoru Həqiqət Qədirova açıqlama verib.

Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

Onun sözlərinə görə, aparılan tədbirlərin nəticəsində ölkədə son illər ərzində xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur: "Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb. Eynilə də ilkin aşkar olunan vərəm hallarının sayı 21% azalıb".

Qədirova bildirib ki, müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: "2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub. Vərəmin gecikmiş və yayılmış formalarının sayında da nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı 2 dəfə azalıb. (7,6% —dən 3,4 %-ə enib)".

"Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək idisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb" — direktor bildirib.

O əlavə edib ki, qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəm əleyhinə dərmanlarla təmin olunur: "Dərmanlara həssas xəstələr 100% hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi yüksəlir. Son illər hospitalizasiya üzrə göstəricilərdə də yaxşılaşma müşahidə olunur. Belə ki, 2017- ci ildə stasionarda keçirilən çarpayı günlərinin sayında, 2010-cu il ilə müqayisədə, 26% azalma müşahidə olunur".

Xəbər lenti
0