04:17 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
501 0 0

Bu üsulla 3 gün ərzində 87 faiz xərçəng hüceyrələrini məhv etmək mümkün olub

BAKI, 16 dekabr — Sputnik. Alman alimləri spermadan xərçəngin müalicəsində istifadə etməyi təklif edilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər öz təcrübələrində spermadan uşaqlıq xərçənginin müalicəsində istifadə edilən doksorubisin preparatının hazırlanması üçün istifadə ediblər.

Şiş hüceyrələrinə çatan doksorubisinli spermatazoid xərçəngli hüceyrələrə yapışır və onun başından doksorubisin axmağa başlayır. Bu üsulla 3 gün ərzində 87 faiz xərçəng hüceyrələrini məhv etmək mümkün olub.

Xatırladaq ki, doksorubisin uşaqlıq boyunun xərçəngi zamanı kimyaterapiyada istifadə edilir. Spermadan istifadə doksorubisin dərmanının əks-təsirlərindən qorunmağa imkan verir. Sperma müalicəsi zamanı doksorubisin sağlam hüceyrələrə düşmür.

Alimlər hesab edir ki, bu metodla Endometriozun müalicəsini də reallaşdıra bilərlər.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada 300 min qadın uşaqlıq xərçəngindən dünyasını dəyişir. Buna görə də qız uşaqlarına 9-13 yaşından insan pappiloma virusuna qarşı peyvənd etdirmək məsləhət görülür.

Əsas mövzular