Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?

CC0 / sipa / cigaretteSiqaret kötüyü
Siqaret kötüyü - Sputnik Azərbaycan
Abunə olmaq
Siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir

BAKI, 27 oktyabr — Sputnik. Dünyada siqaretin ilk idxalçıları xristianlar olub. Siqaretin tərkibində ən az 300 növ müxtəlif xərçəng əmələ gətirən 4000-ə yaxın zəhərli maddə vardır.

Sputnik Azərbaycan Publika-ya istinadən xəbər verir ki, bunlardan Karbon monoksit (rəngsiz, iysiz, dadsız zəhərləyici qaz), Arsenik (siçan zəhəri), Hidrogen siyanür (qaz otaqları zəhəri), DDT (böcək öldürücü zəhər), Metanol (mərmi yanacağı), Radon (radiasiya), Toluen (tiner), Kadmiyum (ağı metalı), Bütan (balon qaz), Aseton (lak həll edici), Naftalin (güvə qovucu), Amonyak (tualet təmizləyici) və s. zəhərli maddələri sadalamaq olar. Hər bir nəfəsdə siqaret tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir.

Siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir. Statistikaya görə, siqaret hər 10 saniyədə 1 insanın ölümünə səbəb olur. Hər gün ən az 2 nəfər siqaret aludəçisi ağciyər, ağız nahiyəsi vərəminə tutulur. Yalnız Azərbaycanda 5 milyona yaxın siqaret istifadəçisi var ki, bu rəqəmin 70%-ni 17-20 yaş arası gənclər təşkil edir. Bu, dünya üzrə ən yüksək göstəricilərdən biridir. 

Darçın - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qatığa darçın töküb yesəniz... - Faydaları

Tütün məhsullarının tərkibində 4 mindən artıq kimyəvi maddə var ki, bunlar birbaşa ağciyər, boğaz, mədə xərçəngləri, qida borusu, qırtlaq, mədəaltı vəz, sidik kisəsi, prostat, infarkt, iflic, ürək və damar xəstəlikləri kimi ölümcül xəstəliklərə yol açır. Siqaret çəkən insanların 90%-i ağciyər xərçənginə yoluxaraq dünyasını dəyişib. Mütəxəssislər qeyd edir ki, tütün məhsullarından istifadə edən insanların xərçəngə yoluxma riski 30% daha çoxdur. Siqaret çəkmək reproduktiv sağlamlığa mənfi təsir göstərir.

Kişilərlə bərabər tütün məhsullarından istifadə edən qadınların da sayı az deyil. Təəssüf ki, siqaret qadınlarda abort, erkən doğum, kişilərdə isə sonsuzluğa səbəb olur. Buna görə sağlam yaşamaq üçün siqareti atmaq lazımdır. Alimlər araşdırma zamanı siqareti atan insanın orqanizmində 24 saat sonra ciddi dəyişikliklər müşahidə ediblər.

Sputnik Azərbaycan Publika.az-a istinadən siqareti tərgitdikdən sonra insan orqanizmində gedən dəyişikliklər haqqında maraqlı faktları təqdim edir:

1. Birdən-birə siqareti atmaq mümkün deyil. Həkimlər də bunu tövsiyə etmir. Yaxşı olar ki, mütəmadi olaraq dozasını azalda-azalda tərgidəsiniz. Birdən siqareti atan insanlarda infarkt riski 10 qat daha yüksəkdir.

2. Siqareti buraxdıqdan sonra bədəndə gedən ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, damarlarda qan dövranı sürətlənir. 8 saatdan sonra qanda oksigen səviyyəsi normallaşır və beləliklə infarkt riski azalır. Tam olaraq 24 saat siqaret çəkmədiyiniz müddətdə orqanizminiz karbon monoksitdən tamamilə təmizlənir. 48 saat sonra, qanda nikotin səviyyəsi azalır, dad və qoxu duyğusu bərpa olmağa başlayır.

3. Əgər siz 72 saatdır siqaret çəkmirsinizsə, deməli, sizin tənəffüs yolu və qida borunuzun funksiyası yaxşılaşıb. Ağız qoxusu get-gedə azalıb. Uzun müddətli siqaret çəkən insanlarda kəskin qoxu dil üzərindəki piqmentlərə çökür və təmizlənməsi zaman alır. Ağız boşluğu və tənəffüs yolları öz-özünü təmizləməyə başlayır. Artıq 2-12 həftə sonra bütün bədəndə olan nikotin sorulur. Qan dövranı yaxşılaşır, bədəndə yorğunluq hissi aradan qalxır, qıcolma, əl-ayaqlarda keyimə və tənəffüs yollarında boğulma hissi daha az müşahidə edilir. 

Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bizim aptek" heç də bizə xeyri olan dərmanlar satmırmış

3-9 aydan sonra sinədə göynəmə və öskürmə, xırıltı, boğulma azalmağa başlayır. Yeni doğulmuş uşaq kimi nəfəs aldığınızı hiss etməyə başlayacaqsız. Ağciyərlər öz normal funksiyasını 5-10% daha bərpa etmiş olacaq. 12 aydan sonra isə sizin iflic olma riskiniz tamamilə aradan qalxacaq.

4. Artıq 12-36 ayı geridə qoymusunuzsa, sizi təbrik edirik. Həyatınıza sağlam və gümrah şəkildə davam edirsiz. 5 ildən sonra infarkt riski, qırtlaq, qida borusu, ağız boşluğu və ağciyər xərçənginə tutulma riskinin 50%-ə qədər azalıb.

5. 10-15 il sonra bir zamanlar siqaret çəkdiyinizi belə unudacaqsız. Siz artıq orqanizminizi zəhərli maddələrdən təmizləmisiz. Siqareti dayandırmaqla onun orqanizmdə yarada biləcək xəstəliklərdən 50%-ə qədər özünüzü müdafiə etmiş oldunuz.

Xəbər lenti
0