BAKI, 26 sentyabr — Sputnik. Bütün dünyada bal ən faydalı məhsullardan biri sayılır. Çoxsaylı elmi araşdırmalar balın orqanizmə olan unikal müalicəvi və profilaktik təsirini dəfələrlə təsdiq edib.
Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, amerikalı mütəxəssislərin yeni araşdırmalarının nəticəsinə görə, hər gün yalnız 1 qaşıq bal yeyən insan sağlamlığını xeyli yaxşılaşdıra bilər.
Belə ki, balın gündəlik istehlakı:
- orqanizmi cavanlaşdırır
- toksinlərdən təmizləyir
- orqanizmdə iltihabı azaldır
- xolesterinin səviyyəsini aşağı salır © Official website of President of Azerbaijan Republic
- damarları daxildən təmizləyir, onların elastikliyinin artırır
- dərinin vəziyyətini yaxşılaşdırır
- antiseptik təsir edir
- immun sistemini möhkəmləndirir
- insanı daha gümrah edir
- stressi azaldır
- yaddaşı yaxşılaşdırır.