00:23 26 Sentyabr 2017
Canlı yayım
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Azərbaycanda təcili tibbi yardım işçilərini döyüblər

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
40 0 0

“Son dövrlərdə təcili tibbi yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb”

BAKI, 15 sentyabr — Sputnik. Son dövrlərdə təcili tibbi yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb. Təcili tibbi yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdafiəsi aparılmalıdır. Bunları həll etmək üçün hüquqi yollar var. Bəzi ölkələrdə təcili tibbi yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statusuna bərabərdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, gələcəkdə “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında" qanun layihəsi də işlənib hazırlanmalıdır: “Həmkarlarım təşəbbüs göstərərsə, işçi qrup yaradılaraq qanun qəbul edilməlidir. Çünki icbari tibbi sığorta daha geniş tətbiq olunsa, bu məsələ mütləq tələb olunacaq”.

Əsas mövzular