20:31 24 Noyabr 2017
Canlı yayım
Millət vəkili Qənirə Paşayeva, arxiv şəkli

Millət vəkilindən süni mayalanma ilə bağlı radikal təklif

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
33 0 0

Deputat: “Süni mayalanma üçün nəzərdə tutulan müddət azaldılmalıdır”

BAKI, 15 sentyabr — Sputnik. Ölkəmizdə orqan və toxumaların transplantasiyası ilə əlaqədar qanunun maddələri tam şəkildə həyata keçirilmir. Bu gün səhiyyənin imkanları artır, amma hələ də transplantasiya bəzi orqanlarla məhdudlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, yalnız böyrək və qaraciyərin köçürülməsi ilə transplantologiya inkişaf edə bilməz: “Ona görə də Səhiyyə Nazirliyinin rəsmiləri Səhiyyə komitəsinin iclasına dəvət olunmalı və aydınlaşdırılmalıdır ki, əgər bu sahədə heç bir problemlər yoxdursa, niyə bu mexanizmlər həyata keçirilmir? Çünki bu kimi çatışmazlıqlar ölkəmizin imicinə zərbə vurur. Ölkənin səhiyyəsində bu sahədə bir çox imkanlar ola-ola xəstələr məhz xaricə üz tutur. Nəzərə almaq lazımdır ki, hər xəstə müalicə üçün xaricə gedə bilmir”. 

O, bildirib ki, Azərbaycanda hələ də müalicə üçün xəstənin ailə üzvlərinin orqanlarından istifadə edilir: “Donor tapılmayanda isə əməliyyat mümkün olmur. Çünki meyitdən orqan və toxumaların köçürülməsi məsələsi hələ də yoxdur. Həmçinin donor olmaq istəyənlər üçün də mexanizm yoxdur. Hər il orqan çatışmazlığından əziyyət çəkən çoxlu sayda gənc dünyasını dəyişir. Orqan və toxuma transplantasiyaları vasitəsilə onların həyatını xilas edə bilərik”.

Q.Paşayeva deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də insanların ən çox gözlədiyi məsələlərdən biridir: “Azərbaycanda boşanmaların əsas səbəblərindən biri sonsuzluqdur. Qanun layihəsində bununla bağlı məsələ öz əksini tapıb. Layihəyə görə ailənin 10 il ərzində övladı olmursa, dövlət onlara süni mayalanma üçün yardım göstərməlidir. Mütəxəssislərlə də bununla bağlı müzakirələr aparmışam, onlar deyirlər ki, 10 il çoxdur, dövlət vətəndaşa bu imkanı bir dəfə verirsə, 5 ildən başlayaraq verə bilər. Çünki 10 il müddətinə qədər bu səbəbdən ailələrin çoxu dağıla bilər. Hesab edirəm ki, qoyulan müddəti 5-6 ilə endirmək məsələsinə baxılmalıdır. Çünki burada yaş və digər amillər də rol oynayır”.

Əsas mövzular