14:52 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
İnsan tüpürcəyi

Yaraları sağaltmaq üçün çox asan vasitə tapıldı

SƏHİYYƏ
Qısa URL
19410

Tədqiqatçılar hüceyrə kulturaları, toyuq embrionları və sağlam könüllülərin tüpürcək nümunələri ilə eksperimentlər aparıblar

BAKI, 12 avqust — Sputnik. Çili Universitetinin alimləri müəyyən ediblər ki, insan tüpürcəyinin tərkibində olan mikrob əleyhinə peptid — histatin-1 yaranın sağalmasını tezləşdirə bilər. AZƏRTAC xəbər verir ki, histatin-1 sağalmanın effektiv olması üçün yeni qan damarları əmələ gətirən angiogenez prosesini stimullaşdırır.

Mütəxəssislər histatin-1-in angiogenezə təsirini öyrəniblər. Tədqiqatçılar hüceyrə kulturaları, toyuq embrionları və sağlam könüllülərin tüpürcək nümunələri ilə eksperimentlər apararaq aşkar ediblər ki, histatin-1 angiogenezə, hüceyrə adgeziyasına və miqrasiyasına şərait yaradır. İndi mütəxəssislər yaraların müalicəsi üçün materiallar və implantatlar hazırlamaq üzərində çalışırlar.

Əsas mövzular