15:36 17 Dekabr 2017
Canlı yayım
Подростки за компьютером, фото из архива

Bu oyunlar beyninizi məhv edir

© pixabay / StartupStockPhotos
SƏHİYYƏ
Qısa URL
36 0 0

Bunun nəticəsində insanda hətta depressiya və Alsqeymer xəstəliyi inkişaf edə bilər

BAKI, 10 avqust — Sputnik. Belə hesab olunur ki, kompüter oyunları beyini məşq etdirir, yaddaşı və diqqəti möhkəmləndirir, yaşlı insanlarda beyinin qocalması proseslərini ləngidir.

Lakin Monreal Universiteti (Kanada) alimləri yeni araşdırma zamanı sübut ediblər ki, bəzi kompüter oyunları (onları "şuter" oyunları adlandırırlar) əksinə beyini korlayır, hipokampın (beyinin yaddaşa cavabdeh olan hissəsi) tükənməsinə gətirib çıxardır. Bunun nəticəsində insanda hətta depressiya və Alsqeymer xəstəliyi inkişaf edə bilər.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrinə görə, ən təhlükəli oyunlar "Call of Duty", "Killzone", "Borderlands 2" və "Super Mario" kimi oyunlardır.

Əsas mövzular