01:22 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
2364 0 0

Qorxulu xəstəliklərə səbəb olan bu virus Azərbaycanda da aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Bu il Türkiyəyə getməyi planlaşdıran minlərlə Rusiyalı turist Koksaki virusu barədə informasiyalardan narahatdır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu xəstəlik Türkiyə kurortlarında istirahət edən rusiyalı turistlərdə aşkarlanıb. Məlumata görə, Koksaki virusu ucbatından onlarla turist Türkiyəni vaxtından əvvəl tərk etməli olub. Onlar istirahəti yarımçıq dayandıraraq evlərinə qayıdıblar.

Rəsmi mənbələr Koksaki virusunun turistlərin qaldığı hansı otellərdə yayıldığı barədə məlumat vermirlər. Bununla belə, türk kurortlarında dincələn turistlər özləri sosial şəbəkələrdə xəstəliyin aşkarlandığı məkanları qeyd ediblər. 

Artıq məlumdur ki, Koksakiyə bənzəyən virusla xəstələnənlər arasında Siddə dincələn şəxslər də var. Turistlərin əksəriyyəti Nashira otelindən şikayətçidirlər. Bu virus həmçinin kurort şəhərləri Kəmər və Bələkdə yerləşən Starlight, Limak Limra, Papillon belvill otellərində də aşkarlanıb.

Mütəxəssislərin sözlərinə görə, böyüklərdə və uşaqlarda özünü biruzə verən Koksaki virusu oxşardır. Bilmək lazımdır ki, Koksaki virusu enterevirus infeksiyasıdır. Bu virus hava-damcı yolu ilə yoluxur.

Koksaki virusuna yoluxmuş şəxslərdə bu xəstəliyin əlaməti 2 və 3-cü günləri başlayan hərarətlə üzə çıxır. Bədənin hərarəti 40 dərəcəyə qədər yüksələ bilər. Bu xəstəliyə yoluxma zamanı bədəndə səpkilər də əmələ gəlir. Səpkilər əsasən sifətdə və ağzın qıraqlarında, eyni zamanda qasıq nahiyəsində müşahidə edilir.

Koksaki virusu digər infeksiyalar kimi yataq rejimində müalicə olunur. Bu zaman bolluca maye içmək və virus əleyhinə preparatlar qəbul etmək lazımdır. Özü-özünü müalicə yolverilməzdir. Xəstəliyə mütəxəssis tərəfindən diaqnoz qoyulduqdan sonra ona uyğun müalicə tətbiq etmək lazımdır. Bu xəstəliyin xəstəxana şəraitində müalicəsinə ehtiyac yoxdur. Onu ev şəraitində müalicə etmək mümkündür. 

Yoluxma risqini minimuma endirmək üçün gigiyenaya fikir vermək lazımdır. Əlləri tez-tez sabunla yumaq, meyvə-tərəvəzi yaxşıca yuyandan sonra yemək zəruridir. Virusun yoluxma sahəsində hovuzlara girib çimmək tövsiyə olunmur.

Virusdan zərərçəkənlər bildiriblər ki, Türkiyədə təkcə rus turistlər deyil, Ukrayna və Avropa ölkələrindən olan turistlər də yoluxublar.

Xatırladaq ki, bir müddət əvvəl həkim-endorkinoloq Lalə Alcan Sputnik Azərbaycan-a Koksaki virusunun Azərbaycanda da dolaşdığını bildirmişdi. Bu, diabet və endokrin sistemin digər xəstəliklərinin yaranmasına səbəb olan əsas virusdur. Bu virusun simptomları qripə bənzəsə də, əslində, qripdən daha qorxucdur. Çünki, bir çox hallarda insanlarda sağalmaz xəstəliklərin yaranmasına səbəb olur.

Əsas mövzular