Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təhlükəli xəstəliyin daşıyıcılarının böyük əksəriyyəti qadınlardır

CC0 / valelopardo / DoctorВрач берет у пациента кровь для анализа, фото из архива
Врач берет у пациента кровь для анализа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan 6198-ı (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxan insanların 4722-i (73,7%) kişi, 1687-i (26,3%) qadındır

BAKI, 18 iyul — Sputnik. Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 224 nəfər təşkil edib. Onlardan 219-u (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir. Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunduğu 1987-ci ildən 1 iyul 2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunan 6409 nəfər qeydiyyata götürülüb. Onlardan 6198-ı (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxan insanların 4722-i (73,7%) kişi, 1687-i (26,3%) qadındır.

İİV-ə yoluxması təsdiq olunan 6409 nəfərdən 3001-də (46,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2210 (73,6%) nəfər dispanser qeydiyyatındadır. 

Xəbər lenti
0