00:10 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
55 0 0

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən son əlavələr təsdiq edilib

BAKI, 13 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisin "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna etdiyi son əlavələri təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanunun 11-ci maddəsinə aşağıdakı bəndlər əlavə edilir:

— Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

— Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər "Reklam haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur".

Bundan başqa qanunun 37-ci maddəsinin dördüncü hissəsi ləğv edilir: "Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, habelə müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının kütləvi informasiya vasitələri ilə təbliği qadağandır".

50-ci maddənin beşinci hissəsində isə "Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi" sözləri "Kütləvi" sözü ilə, "reklam yayımına" sözləri "reklamına" sözü ilə əvəz edilir.

Əlaqədar

Azərbaycanda abortlar qadağan ediləcək
Məktəb yaşlı qızlar arasında aborta gedənlərin sayı artıb
O, abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və...
Roma Papası abort etdirənlərin əvf olunmasına icazə verib
Teqlər:
süni mayalanma, tibbi xidmətin reklamı, "Əhalinin sağlamlığının qorunması haqqında" qanun, Milli Məclis, Azərbaycan prezidenti İlham Əliyev

Əsas mövzular