18:21 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
22 0 0

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yəməndə hər gün 5 min insan yoluxma riski ilə qarşı qarşıya qalır və bunun qarşısını almaq mümkün deyil

BAKI, 27 iyun — Sputnik. Səudiyyə Ərəbistanı Yəməndə vəba epidemiyası ilə mübarizə aparmağa qərar verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Yəməndə sürətlə yayılan vəba epidemiyası ilə mübarizəyə 67 milyon dollar məbləğində vəsait ayırıb. Bu barədə Kral Salmanın Humanitar Yardımlar mərkəzinin koordinatoru və Kral sarayının məsləhətçisi həkim Abdulla İbn Əbdüləziz əl Rabea məlumat verib. Onun sözlərinə görə, bu barədə qərarı yeni təyin edilmiş vəliəhd Məhəmməd İbn Salman verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yəməndə hər gün 5 min insan yoluxma riski ilə qarşı qarşıya qalır və bunun qarşısını almaq mümkün deyil. Bu günə qədər epidemiyadan 200 min şəxs zərər çəkib və min nəfərdən çox insan dünyasını dəyişib. Tibb alimləri bu epidemiyanı “ən təhlükəli epidemiya” elan ediblər.

Əsas mövzular