19:36 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Qarğıdalı

Bu çayın da faydaları ilə tanış olun

© Sputnik / Andrey Arkhipov
SƏHİYYƏ
Qısa URL
13210

Çayı hazırlamaq üçün 1 çay qaşığı xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir

BAKI, 27 iyun — Sputnik. Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin. Bu barədə saglamolun.az məlumat verir.

Belə çayın bir çox faydalı xüsusiyyətləri var:

— Sidikqovucu təsirə malikdir — böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.

— Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.

— Qanda şəkərin səviyyəsini aşağı salır.

— Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.

— Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.

— Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir.

— Onkoloji xəstəliklərin inkişafı riskini azaldır.

Çayı hazırlamaq üçün 1 çay qaşığı xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz.

Əlaqədar

Çay yataqlarına yaxın ərazilərdə yaşayanlara xəbərdarlıq
Çay nədir, say nədir?
"O çaydan bir neçə saat dayanmadan qırmızı qanlı su axdı"
Bütöv bir çay müəmmalı şəkildə yoxa çıxıb
Taxta çay evi yanıb
Teqlər:
ödqovucu təsir, Qarğıdalı saçaqları, sinir sistemi, qaraciyər, öd kisəsi, çay

Əsas mövzular