Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib

© Photo : ADYQanvermə aksiyası
Qanvermə aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 25 litr qan verilib

BAKI, 21 iyun — Sputnik. İyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin təşəbbüsü ilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.

© Photo : ADYQanvermə aksiyası
Qanvermə aksiyası - Sputnik Azərbaycan
Qanvermə aksiyası

Qeyd edək ki, ölkəmizin paytaxtında və regionlarında, mütəmadi olaraq, qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyaları keçirilir. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.

Xəbər lenti
0