04:43 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Sumqayıt

Sumqayıt hadisəsi yeni təhlükələri gündəmə gətirdi

© Photo : APA
SƏHİYYƏ
Qısa URL
278910

Valideynlərə xəbərdarlıq: uşaqların kütləvi zəhərlənməsi bəzi mətləblərin ortaya çıxmasına səbəb olub

BAKI, 12 iyun — Sputnik. "Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə "Rota" virusu (Rotavirus) infeksiyası aşkar edilib. Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb".

Bu barədə Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Report-a məlumat verilib. Nazirlik bildirib ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir: "Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

Ölkənin baş pediatrı Nəsib Quliyev
© Sputnik / Irade JELIL
Ölkənin baş pediatrı Nəsib Quliyev

Ölkənin baş pediatrı Nəsib Quliyev isə Sputnik Azərbaycan-a bildirib ki, hələ suyun analizinin nəticəsi bəlli olmadığı üçün, kimsə deyə bilməz ki, bu hadisə su zəhərlənməsidir, yoxsa hər hansı infeksion xəstəlikdir: "Biz özümüz də analizin nəticələrini gözləyirik. Nəticələr bəlli olan kimi bu barədə KİV-ə məlumat veriləcək. Bilirsiniz ki, Gigiyena və Epidemiologiya Mərkəzi analizlər götürüb və bu gün axşama nəticələr açıqlanacaq. Gəlin, öncədən danışmayaq və nəticəni gözləyək".

N. Quliyev həmçinin bildirib ki, yay fəslində ümumiyyətlə uşaqlar arasında infeksion xəstəliklər artır: "Mədə-bağırsaq xəstəlikləri artır. Amma baş verən hadisənin nə olduğu hələlik bəlli olmadığı üçün, bu barədə danışmaq tezdir".

Həkim-infeksionist Mehdi Mehdiyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, uşaqlar arasında ara-sıra sporadik infeksiyaların görülməsi mümkündür: "Rotaviruslar, intereviruslar suya və yaxud digər qidalara düşdükdə, daha çox uşaqlar arasında müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Bu xəstəliklərin böyüklər arasında da müşahidə edilməsi mümkündür. Amma uşaqların mədə-bağırsaq sistemi daha çox həssas olduğu üçün, uşaqlarda daha çox mşahidə edilir. Əslində ağır xəstəlik hesab olunmur və 3-4 günə sağalır".

Həkim-infeksionist Mehdi Mehdiyev
© Photo : Mehdi Mehdiyevin şəxsi arxivindən
Həkim-infeksionist Mehdi Mehdiyev

Həkim bildirir ki, uşaqlar daha çox qaynanmamış, kran suyu içməyə meylli olurlar: "Ola bilsin ki, suya hər hansı virus qarışıb və bu da uşaqlarda bu xəstəliyin yaranmasına səbəb olub. Amma başqa infeksion xəstəlik də ola bilər. Salmanioz, dizenteriya və ya bağırsaq çöpləri ola bilər. Ancaq hesab edirəm ki, baş verən hadisəyə virus interidləri səbəb olub".

İnfeksionist qeyd edir ki, uşaqların mədə-bağırsaq sistemi qələvi mühitə daha çox uyğun olduğu üçün, törədicilər burada çox təsir edə bilir və arta bilir: "Buna görə də uşaqları az yaşlarından gigiyena qaydalarına alışdırmaq lazımdır. Yay aylarında hər bir insanın orqanizminin suya ehtiyacı olur. Bu ehtiyacı qaynamış və yaxud hər hansı rəngli, qazlı sulardan almaqdansa kran suları daha əlverişlidir".

"Amma valideynlər uşaqların bu ehtiyaclarının ödənilməsi üçün kran sularının mənşəyini bilməlidirlər. Yay mövsümündə insanlarn suya tələbatı da artır. Yay vaxtı belə törədicilər daha çox suda yayılır. Uşaqlara yuyulmamış meyvə vermək olmaz. Bəzən uşaqlar yerdən yığılan meyvələrdən və yaxud bazardan alınıb yuyulmamış meyvələrdən yeyirlər. Bu, onların orqanizmi üçün təhlükəlidir. Üstəlik, yay vaxtı uşaqlar kiçik hovuzlarda, yaxud bu kimi yerlərdə çimirlər. Uşaqların axar su olmayan yerlərdə çimməsinə icazə vermək olmaz" — M. Mehdiyev vurğulayıb.

Əlaqədar

"Azərsu" Sumqayıtda uşaqların kütləvi zəhərlənməsinə aydınlıq gətirdi
Sumqayıtda uşaqlar kütləvi şəkildə zəhərlənib
Hansı su daha yaxşı təmizləyir: isti, yoxsa soyuq?
Əhalinin içməli su problemi birdəfəlik həll olunur
Teqlər:
Mehdi Mehdiyev, infeksionist, "Rota" virusu, laborator müayinə, nümunə, Nəsib Quliyev, baş pediatr, Sputnik Azərbaycan, xəstə, həkim, Səhiyyə Nazirliyi, uşaq

Əsas mövzular