Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qaraciyər piylənməsinin düşmənini tanıyın

Abunə olmaq
Məhlulun alınması üçün yalnız zeytun yağı və təbii limon suyuna ehtiyacınız var

BAKI, 4 iyun — Sputnik. Zeytun yağı və limon qarışığı birbaşa qaraciyərimizi təmizləyir və göz altı qaralmalarını yox edərək, insanı daha sakit göstərir. Bu barədə Sputnik Azərbaycan azadqadin.az-a istinadən məlumat verir.

Bəzən kifayət qədər yaxşı qidalanmadıqda, gərgin işlər gördükdə qaraciyərimiz həddindən artıq sürətlənmək məcburiyyətində qalır və bu da gözaltı dərin qırışlara və tünd halqalara səbəb ola bilir.

Ancaq nəticələri görməyiniz üçün ən az bir ay ərzində bu şəfalı məhlulu tətbiq etməyiniz zəruridir.

Məhlulun alınması üçün yalnız zeytun yağı və təbii limon suyuna ehtiyacınız var.

Bu şəfalı məhlul həzm sisteminizi gücləndirir, beləliklə qaraciyərə və dəriyə toksinlərdən təmizlənməyə yardımçı olur.

Tək etməyiniz lazım olan şey hər səhər bir yemək qaşığı zeytun yağı ilə yarım limonun suyunu qarışdırıb içməkdir.

Bu şəfalı məhlulu tətbiq etdikcə sağlamlığınız gündən-günə daha da yaxşılaşacaq, özünüzü daha enerjili hiss edəcəksiniz.

Üstəlik, qaraciyəriniz yüklərindən təmizlənmiş bir şəkildə sağlam bir şəkildə işləməyə davam edəcəkdir.

Xəbər lenti
0