ELM

Piylərinizdən yaxa qurtarmağa tələsməyin, çünki...

© pixabay / TeroVesalainenTərəzi və alma
Tərəzi və alma - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqat müəllifləri əmindirlər ki, bükülmüş piy qatları xərçənglə mübarizədə əvəzsiz rol oynaya – iltihab prosesini sürətlə müəyyən etməyə kömək edə bilər

BAKI, 2 iyun — Sputnik. Birminhem Universitetinin tibb mütəxəssisləri qarnın piy qatlarından keçən vəzlərdə zəngin və son dərəcə önəmli yağ yataqları aşkarlayıblar.

Bu barədə Trends in Immunology jurnalında yayımlanan tədqiqatın nəticəsində bildirilir.

Tədqiqatçılar hesab edirlər ki, həmin vəzlər immun funksiyasını yerinə yetirir və orqanizmdəki infeklsiyalara ilk reaksiyaları verir. Birləşdirici toxuma antigenlərə reaksiya ucbatından qalınlaşır.

Bununla əlaqədar olaraq, alimlər müəyyən ediblər ki, vəzlərin durumunu müşahidə etməklə xəstəlikləri ilkin mərhələdə təyin etmək mümkündür.

Lakin mütəxəssislər hesab edirlər ki, həmin piy vəzləri metastaz toxumalarını özündə toplamağa və onu orqanizmdə yaymağa qadirdir. Qarındakı bükülmüş piy qatları yumurtalıq və mədə xərçəngi üçün qida mühiti yaradır.

Bununla əlaqədar olaraq, tədqiqat müəllifləri əmindirlər ki, bükülmüş piy qatları xərçənglə mübarizədə əvəzsiz rol oynaya – iltihab prosesini sürətlə müəyyən etməyə kömək edə bilər.

Mütəxəssislərin fikrincə, ondan metastaz əleyhinə profilaktikada potensial məqsəd kimi istifadə etmək olar.

Artıq illərdir diyetoloqlar pasientlərinə qarındakı piyləri əritməyi tövsiyə edir, bunun üçün müxtəlif ağır prosedurlar tətbiq edirlər. Lakin ABŞ alimləri hesab edirlər ki, son tədqiqat əslində qarın piylərinin insan üçün bir nemət olduğunu ortaya çıxarıb.

Xəbər lenti
0