Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çay nədir, say nədir?

CC0 / Line-tOodLinGfc / teaÇay və qəhvə
Çay və qəhvə - Sputnik Azərbaycan
Abunə olmaq
Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır

BAKI, 29 may — Sputnik. Çay bütün fəsillərdə süfrəmizin bəzəyidir və Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə çay süfrəsinin arxasına keçərkən tez-tez belə bir ifadə də işlədirik: Çay nədir, say nədir. 

Modern.az çay barədə yazını təqdim edir:

Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Ancaq çay qaynar içildikdə orqanizmə faydadan çox ziyan verir. Üstəlik əgər həmin qaynar çay tünddürsə onun zərəri ikiqat artır.

Məsələ ondadır ki, qaynar çay təkcə boğazı deyil, həm də qida borusunu, mədə divarlarını qıcıqlandırır. Bununla da uzun müddət qaynar çay içən insanlarda ciddi xəstəliklərin yaranması ehtimalı artır.

Alimlərin gəldiyi nəticəyə görə 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur. Çayın içilməsi üçün onun temperaturu maksimum 56 dərəcə olmalıdır. İsti çay qida borusunda xərçəng xəstəliyinin yaranma riskini artırır.

Tünd çay içmək həvəsindən də imtina etmək lazımdır. Çünki tünd çayın tərkibində kofein və tanin daha çox olduğuna görə bu baş ağrılarına və yuxusuzluğa səbəb ola bilər.

Çayın faydalarından yararlanmaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

— Axşamdan qalmış çayı içməyin. Bir neçə saat əvvəl dəmlənmiş çayın tərkibində orqanizmə fayda verəcək heç nə qalmır. Əksinə, köhnə çayın tərkibində sağlamlıq üçün təhlükə yaradan maddələr əmələ gəlir.

— Yeməkdən dərhal sonra çay içməyin. Nəzərə alın ki, yeməkdən sonra çay mədə şirəsinin ifrazını kəskin şəkildə azaldır və bunun nəticəsində həzm prosesi çətinləşir. Ən azı yeməkdən 20-30 dəqiqə sonra çay içmək məsləhət görülür.

— Gün ərzində 4-6 fincandan artıq çay içməyin. Çalışın çaya olan tələbatınızı su ilə əvəz edəsiniz.

— Tünd çay dəriyə mənfi təsir göstərir, xüsusilə üz dərisinin rəngini tutqunlaşdırır. Bu səbəbdən də çay dəmləyərkən onun tünd olmamasına diqqət yetirin.

— Quru çayın saxlama qaydalarına riayət edin. Nəzərə alın ki, quru çay ətrafındakı digər qida məhsullarının qoxusunu və rütubəti özünə asanlıqla çəkir. Buna görə də onu quru yerdə və ayrı saxlamaq lazımdır.

Xəbər lenti
0