23:42 17 Fevral 2018
Canlı yayım
Fibroma

Bu xallardan bezmisinizsə, oxuyun

SƏHİYYƏ
Qısa URL
252 0 0

Onların əmələ gəlmə səbəbləri haqda müxtəlif versiyalar mövcuddur. Bunu həm immunitetin azalması, həm piylənmə ilə izah edirlər, lakin dəqiq sübutlar yoxdur

BAKI, 28 may — Sputnik. Çoxumuz onunla gündəlik qarşılaşsaq da fibromanın nə olduğunu bilmirik. Fibromalar insanın dərisində əmələ gələn kiçik ət xallarıdır. Onların sağlamlığa zərərləri olmasa da, qeyri-estetik görünürlər və insanı narahat edirlər. 

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bu xallardan qurtulmağın yollarını göstərəcək. Fibromaların daha çox əmələ gəldikləri yerlər qoltuğun altı və boyundur. Onların gözün ətrafında əmələ gəlməsi hallarına da tez-tez təsadüf edilir. Onların əmələ gəlmə səbəbləri haqda müxtəlif versiyalar mövcuddur. Bunu həm immunitetin azalması, həm piylənmə ilə izah edirlər, lakin dəqiq sübutlar yoxdur.

Fibromalardan bir neçə üsulla yaxa qurtarmaq olar. Bəzi həkimlər onların cərrahi yolla aradan qaldırılmasını, bəziləri isə kimyəvi tərkibi olan maz və losyonlardan istifadə etməyi məsləhət görür. Lakin bu üsullar xoşunuza gəlmirsə, sadə və natural bir metod var — alma sirkəsi. O fibromaları quruyaraq qopmağa məcbur edir.

Pambığı alma sirkəsinə batırın və fibromanın üzərinə qoyun. Proseduru gündə 2-3 dəfə təkrar edin. Tədricən fibromalar rəngini dəyişəcək və qopub düşəcək. Bu üsulu gözün və dodağın ətrafındakı fibromalara tətbiq etməsəniz yaxşıdır. Üsulu tətbiq etməmişdən qabaq mütəxəssislə məsləhətləşməyiniz düzgün olar.

Əsas mövzular