20:28 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Baş ağrısı, arxiv şəkli

Bu 7 əlamət böyrək xəstəliyinə işarədir

CC0 / RobinHiggins / pain
SƏHİYYƏ
Qısa URL
815 0 0

Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir

BAKI, 10 may — Sputnik. Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu çox təhlükəlidir ki, insan uzun müddət ərzində onda inkişaf edən xəstəlikdən məlumatsız olur, xəstəlik isə bu zaman inkişaf edir və nəticədə ağır vəziyyətlərə, böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Bu səbəbdən böyrək xəstəliklərinin əsas simptomlarını bilmək çox vacibdir. Sputnik Azərbaycan saglamolun.az-a istinadən həmin əlamətləri aşağıda qeyd edir:

1. Ümumi intoksikasiya əlamətləri (zəiflik, hərarətin artması, baş ağrıları və s.).

2. Şişlər. Böyrək xəstəlikləri zamanı şişlər daha çox üzdə, gözlərin altında, göz qapaqlarında, bədənin yuxarı hissəsində müşahidə olunur. Ürək xəstəlikləri zamanı isə ödemlər əksinə ayaqlarda olur. Böyrək xəstəlikləri zamanı ödemlər daha tez-tez səhər, ürək xəstəlikləri zamanı isə axşam olur.

3. Bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar bir və ikitərəfli ola bilər.

4. Sidikdə qan, irin, sidiyin bulanıq olması, sidiyin üzərində köpük.

5. Sidik ifrazının pozulması (sidik nazik şırnaqla və ya damcılarla ifraz olunur), ifraz olunan sidiyin azalması.

6. Susuzluq, ağızda quruluq.

7. Arterial təzyiqinin qalxması. Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir.

Əsas mövzular