05:34 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9424
Həkim, arxiv şəkli

Baş həkimlərə son xəbərdarlıq

CC BY-SA 2.0 / Alex Proimos / The Stethoscope
SƏHİYYƏ
Qısa URL
191 0 0

Əlilliyin müəyyən edilməsində nöqsanlara görə baş həkimlərin cəzalanması təklif edilir

BAKI, 8 may — Sputnik. Səhiyyə Nazirliyi əlilliyin müəyyən edilməsinə nəzarətin gücləndirilməsi və bu işdə yol verilən ciddi çatışmazlıqların aradan qaldırılması məqsədilə bəzi konkret təkliflərlə çıxış edib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, tibb müəssisələrində fəaliyyət göstərən Həkim məsləhət komissiyalarının əmək qabiliyyətinin itirilməsinin ekspertizası sahəsində peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi tədbirlər görülməsi zəruridir.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən əsassız hesab edilmiş göndərişlər mütəmadi olaraq tibb müəssisələrinin tibbi şurasında təhlil olunmalı, işində nöqsanlara yol vermiş tibb işçiləri barədə müvafiq intizam tədbirləri görülməli və nəticəsi barədə Tibbi yardımın təşkili şöbəsinə məlumat verilməlidir: "Eyni zamanda Həkim məsləhət komissiyalarının işinə zəif nəzarət etdiklərinə və əlilliyin müəyyən edilməsi işində yol verdikləri nöqsanlara görə tibb müəssisələrinin baş həkimləri barədə intizam tədbirləri görülməlidir".

Əsas mövzular