Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nazirlikdə fasiləsiz fəaliyyət göstərən qərargah yaradıldı

© Photo : The Ministry of Health of the Republic of AzerbaijanЗдание Министерства здравоохранения Азербайджанской Республики
Здание Министерства здравоохранения Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İslam Həmrəyliyi Oyunları ilə bağlı Səhiyyə Nazirliyində fasiləsiz fəaliyyət göstərən qərargah yaradılıb

BAKI, 4 may — Sputnik. Mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi tərəfindən hazırlıq işləri davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək və bu müddət ərzində yarana biləcək hər hansı halı operativ həll etmək məqsədi ilə Səhiyyə Nazirliyində 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradılıb. Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib.

Oyunlar zamanı istər idmançılar, ölkəyə gəlmiş qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyətin göstərilməsi üçün zəruri şərait yaradılıb.

Xəbər lenti
0