Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Siqaret qutularının üzərindəki qeydlər də narazılığa səbəb oldu

© Sputnik / Fuad HasanovMarketdə siqaret satışı
Marketdə siqaret satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Əhliman Əmiraslanov: "Bunların insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur"

BAKI, 27 aprel — Sputnik. "Bəzi layt siqaretlərin üstündə nikotinin az olması barədə məlumatın yazılması tütünə qarşı mübarizədə problem yaradır və bunların insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur". 

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Öncə siqaret çəkənlərin hüquqları, yoxsa ondan zərər çəkənlərin?

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib. Komitə sədri bildirib ki, dünyada tütünlə mübarizəyə qarşı hazırlanan qanunlarda birdən-birə sərt tədbirlər nəzərdə tutulmur.

"Birdən-birə sərt tədbirlər həyata keçirməyin nəticəsinin olacağına inanmıram. Dünyada siqaret istehsal edən ölkələr tütünə qarşı mübarizəyə başlayanda məhsullarını digər ölkələrə göndərirlər. Ölkəyə gətirilən siqaretlərin keyfiyyəti də müzakirə edilməlidir" — deyə o, qeyd edib.

Xəbər lenti
0