19:43 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Stiven Littin

Anasının ölümündən təsirlənən 12 yaşlı uşaqdan ağlasığmaz addım

© Photo : PUBLIC DOMAIN
SƏHİYYƏ
Qısa URL
33031

Uşaq ortaya çıxarıb ki, yaşıl çayın tərkibindəki antioksidantlar bəd xassəli şişləri məhv edir

BAKI, 17 apr — Sputnik. Amerikalı 7-ci sinif şagirdi Stiven Littin xərçənglə mübarizəyə dair etdiyi kəşf elm adamlarını heyrətə gətirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, layihə elmi sərgilərdən birində nümayiş etdirilib və hər kəsin diqqətini cəlb edib.

Məlum olub ki, o, onkoloji xəstəliklərlə mübarizəyə dair böyük həcmdə materiallar oxuyub və mini laboratoriya açmaq üçün internet vasitəsilə lazımi ləvazımatı sifariş edib. Yeddinci sinif şagirdinin sözlərinə görə, o, ev şəraitində soxulcanlar və gəmiricilər üzərində təcrübə aparıb.

Uşaq müəyyən edib ki, yaşıl çayın tərkibindəki antioksidantlar bəd xassəli şişləri məhv edir. Eyni zamanda, kanserogen maddələrlə zəhərlənmiş bu canlılara polifenol da yaxşı kömək edir.

Stiven Litt xərçəng əleyhinə dərmanı axtarmağa, bir neçə tanışı və anası xərçəngdən dünyasını dəyişəndən sonra başlayıb. Balaca oğlan evdə qurduğu mini laboratoriyada kimyaçı atası ilə birlikdə mütəmadi olaraq təcrübə keçib.

Littin layihəsi elmi sərginin baş prizini alıb. Bundan əlavə, Massaçusets ştatındakı Taftsa Universitetinin əməkdaşları 12 yaşlı oğlanın bu kəşfi ilə maraqlanıblar. Gənc alimin işi universitet əməkdaşlarının diqqətini cəlb edib. Onlar hazırda oğlanla birlikdə dəqiq dozalar üzərində işləyirlər.

Artıq onlar bildiriblər ki, sözügedən içkini profilaktika məqsədilə içmək olar. Dəqiq dozalama prosesi başa çatdıqdan sonra yaşıl çay ekstraktından hazırlanan dərmanlar istehsalat üçün maraqlı dərman şirkətlərinə təqdim olunacaq.

Əlaqədar

Şok iddia: Azərbaycan mağazaları xərçəng xəstəliyi yayır
Bu vasitə həm də xərçəngdən qoruyur
Xərçəngə qarşı savaşacaq "əsgərlər" hazırlanır
Xərçəngdən əziyyət çəkən jurnalistin yardıma ehtiyacı var
Tramp: "İŞİD xərçəng şişidir"
Azərbaycanda xərçəng xəstələri ilə bağlı qorxulu rəqəmlər
28 yaşlı ukraynalı qız dünyanı şoka salıb: xərçənglə bağlı ixtira edib
Teqlər:
Stiven Litt, sinif şagirdi, kəşf, alim, xərçəng, uşaq

Əsas mövzular